Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-417/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 208-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 208-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Kəpəz Rayon Polis İdarəsindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə protokolu və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Məhkəməyə təqdim edilən materiallardan X1 02.07.2020-ci il tarixdə bədən xəsarətləri almasını müəyyən etmək mümkün deyildir. Belə ki, protokolda R.X2 döydüyü qeyd olunsa da protokola Jalə Muradovanın müayinə edilməsi, o cümlədən məhkəmə-tibbi ekspertizadan keçirilməsi barədə heç bir sənəd əlavə olunmamışdır. Belə olan halda Jalə Muradovanın həqiqətən də döyülüb-döyülmədiyini, o cümlədən aldığı xəsarətin dərəcəsini, bu xəsarətin inzibati xəta və ya cinayət tərkibi yaradıb-yaratmadığını müəyyən etmək mümkün deyildir. Həmçinin Şəxs barəsində İXM-nin 208-ci maddəsi ilə də protokol tərtib edilmiş və Şəxs yaşadığı mənzildə narkotik xassəli bitki əkməsi və saxlaması qeyd olunsa da Şəxs mənzilində saxladığı bitkinin hansı növ olması, hansı sayda olması barədə protokola heç bir sənəd (baxış və götürmə protokolu, ekspert rəyi) əlavə edilməmişdir. İnzibati xəta haqqında iş üzrə sübutların toplanması və şəxsin təqsirliliyinin sübuta yetirilməsi məhkəmənin yox, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşdüyündən, göstərilən materiallar isə məhkəməyə təqdim edilmədiyindən hazırkı işə baxılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 208-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol Kəpəz Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-417/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-417/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver