Məhkəmə qərarları › İş №3(043)-418/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-418/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-418/2022 02.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, «X1» MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmə иълас залында, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: «X1» MMC-in barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Gəncə səhəri Gülüstan Qəsəbəsi, ev 20A, mənzil 2-də qeydiyyatda olan “X1” MMC-nin (VÖEN.**********) ünvanına Macarıstan Respublikasında yerləşən “HUNLAND TRADE KFT” şirkətindən göndərilən RİT427/XYC572 nömrəli 1 (bir) masında daxil olan 35 (otuz bes) ədəd “HOLSTEİN PREGNANT HEİFERS CANLİ DAMAZLİQ DÜYƏLƏR” yükü, 13.04.2022-ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan təyinatı üzrə Gəncə səhərinə Qərb Ərazi Bas Gömrük İdarəsinə daxil olmuş və 13.04.2022-ci il tarixdə **********1002 savlı gömrük bəyannaməsi tərtib edilərək Gəncə səhərində gömrük orqanına təqdim edilmişdir. 13.04.2022-ci il tarixdə **********1002 savlı gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı Gəncə səhəri Qərb Ərazi Bas Gömrük İdarəsində aşkar olundu ki, “X1” MMC-nin ünvanına RİT427/XYC572 nömrəli 1 (bir) maşında daxil olan 35 (otuz bes) ədəd ‘‘HOLSTEİN PREGNANT HEİFERS CANLİ DAMAZLİQ DÜYƏLƏR” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəvannaməcinin inzibati məsuliyyətinə səbəb olur İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X1» MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 61.3-cü maddəsinə əsasən inzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X1» MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 485.2-ci maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, «X1» MMC-in İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. «X1» MMC-in əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X1» MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 485.2-ci maddəsi ilə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: «X1» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar