Məhkəmə qərarları › İş №3(043)-42/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-42/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-42/2022 21.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Şəxs MMC-in barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan faktiki olaraq Gəncə səhəri Yevlax şossesi 53-də verləsən Şəxs MMC-nin ünvanına X1 yerləşən “Metalis of Honor LLC" şirkətindən 94330594 nömrəli vaqonda “Alüminium qablaşdırılmasında istifadə olunan lövhələr üçün paletlər” yükü 20.12.2021-ci il tarixdə “Böyük Kəsik” gömrük postundan təyinatı üzrə Gəncə səhərinə Qərb Ərazi Bas Gömrük İdarəsinə daxil olmuş və 20.12.2021-ci il tarixdə **********3402 savlı gömrük bəyannaməsi tərtib edilərək Gəncə səhərində gömrük orqanına təqdim edilmişdir. **********3402 saylı 20.12.2021-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı Gəncə səhəri Qərb Ərazi Baş Gömrük İdarəsində aşkar olunmuşdur ki, “Azəralüminium" MMC”-nin ünvanına 94330594 nömrəli vaqonda “Alüminium qablaşdırılmasında istifadə olunan lövhələr üçün paletlər” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respulikasının Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin qısa idxal bəyannaməsinin mallar yəni “Alüminium qablaşdırılmasında istifadə olunan lövhələr üçün paletlər” yükü gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada bəvənnamənuin verilməməsinin səbəbi şirkət tərəfindən ilkin sənədlər elektron poçtla vaxtında göndərilməmişdir və eyni zamanda telefon vasitəsi ilə öncədən razılaşdırıldığı kimi şifahi məlumat verilməmişdir. Bu səbəbdən qısa idxal bəyannamə tərtib edilsə də elektron portala vaxtında verilməmişdir. Gömrük qaydalarının pozulduğunu etiraf etmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və Şəxs MMC barəsində tətbiq olunacaq cəriməni ödəməyə hazır olduğunu bildirmişdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 61.3-cü maddəsinə əsasən inzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 485.2-ci maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-in İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs MMC-in əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 485.2-ci maddəsi ilə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar