Məhkəmə qərarları › İş №3(043)-43/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-43/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-43/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X11 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 05.11.2021-ci il tarixdə saat 08 radələrində sürücü, xx.xx.1957-ci ildə Şəmkir şəhərində andan olmuş, ailəli, orta təhsilli Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi "Mersedes Benz C 230" minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prosoekti ilə M.Xələfov küçəsinin kəsişməsində sola dönmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməyərək sürücü - 22.03.1976ci ildə Gəncə şəhərində anadan olmuş, ailəli, ali təhsilli, Gəncə şəhəri Ə.Nəzərov küçəsi ev 7, mənzil 9 da yaşayan X3 özünə məxsus olan, sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, idarə etdiyi "Mersedes Benz C 240" minik markatı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə "Mersedes Benz C 240" minik markalı avtomobilin sürücüsü Hafiz Hüseynovun sağ diz oynağı nahiyəsinin əzilməsi qismində yüngül və həmin avtomobildə olan sərnişin Fatimə Hüseynovanın alın nahiyəsinin əzilməsi, sol göz nahiyəsinin hematoması qismində yüngül xəsarət yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Gəncə şəhər DYPŞ YNH-nin inspektoru, polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 07.01.2022-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin və nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyədək icraat dövründə barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, 1-ci qrup əlildir. Onun B kateqoriyalı sürücülük vəsiqəsi vardır. "Mercedes Benz C 230" minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili o, etibarnamə əsasında idarə edir. 05.11.2021-ci il tarixdə saat təxminən 08 radələrində o, idarə etdiyi "Mercedes benz C 230" minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Şəmkir rayonundan Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya gələrkən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində yol ayrıcına daxil olmuş, yol ayrıcında sola dönmək istəyərkən Ş.İ.Xətai prospekti ilə Dəyirman dairəsi istiqamətində hərəkətdə olan metal rəngli “Mercedes” markalı avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin sağ yan hissəsindən dəymiş və onun idarə etdiyi avtomobil M.Xələfov küçəsində yolun hərəkət hissəsində üzü təzə bazar istiqamətində dayanmışdır. Hadisə zamanı o, özünü narahat hiss etdiyi üçün hadisə yerinə TTY avtomobiti çağırmışlar və TTY avtomobili gəlmiş, ona tibbi yardım göstərmişdir. Sonra hadisə yerinə polis əməkdaştart gəlmişlər, hadisə yerini müayinə etmişlər, onu narkoloji dispanserə aparmışlar, orada sərxoşluq müayinəsindən keçmiş və ayıq olması müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb o, sola dönən zaman Mersedes markalı avtomobili gec görməsi olmuşdur. Həmin vaxt onun idarə etdiyi "Mercedes Benz C 230" minik markalı **- BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol ayrıcında sola dönmək istədiyi üçün sürəti təxminən 5-10 km/saat olmuşdur. Hadisə baş verən zaman o, avtomobildə tək olmuşdur. Hadisə zamanı həmin yerdə onun tanıdığı şəxslərdən heç kim hadisəni görməmişdir. O, “Mercedes Benz C 240” markalı avtomobilin gəlməsini təxminən 10 metr məsafədən görmüş, ona elə gəlmiş ki, həmin avtomobil çatana kimi o, dönəcək, hadisənin qarşısını almaq üçün sürəti artırmış lakin hadisədən yayına bilməmişdir. O, həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Hadisə zamanı o, özünü narahat hiss etdiyi üçün hadisə yerinə TTY avtomobili çağırmış, hadisə yerində başqa heç kimin xəsarət almasını görməmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Onun B kateqoriyalı sürücülük vəsiqəsi vardır. "Mercedes Benz C 240" minik markalı **-DG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 05.11.2021-ci it tarixdə saat təxminən 08 radələrində o, idarə etdiyi "Mercedes Benz C 240" minik markalı **-DG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə azyaşlı qızı Fatimə Hüseynovam məktəbə apararkən Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə dəyirman dairəsi istiqamətində hərəkətdə olan zaman Ş.i.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində yol ayrıcına daxil olmuşdur. Bu zaman Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsi istiqamətinə sola dönmək istəyən qara rəngli Mercedes markalı avtomobili onun hərəkət yoluna çıxmış və onun idarə etdiyi avtomobilin qabaq hissəsi qara rəngli “Mercedes” markalı avtomobilin sağ yan hissəsindən dəymiş, yolun hərəkət hissəsində dayanmışdır. Sonra hadisə yerinə tanımadığı şəxslər toplaşmışlar. Həmin vaxt onun qızı Fatimənin baş nahiyəsi şişdiyi və qorxduğu üçün onun taksi itə evə yola salmış, sonra “Mercedes” markalı avtomobilin sürücüsü hadisə yerinə TTY çağırdı, TTY avtomobili hadisə yerinə gəlmiş, həmin sürücüyə tibbi yardım göstərmişlər. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerini müayinə etmişlər, onu narkoloji dispanserə aparmışlar, orada sərxoşluq müayinəsindən keçmiş və ayıq olmağı müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb “Mercedes Benz C 230” minik markalı avtomobilin qəflətən onun hərəkət yoluna çıxması olmuşdur. Həmin vaxt o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən surəti təxminən 50-60 km/saat olarmış, hadisə baş verən zaman o, tək olmuşdur. Hadisə zamanı həmin yerdə onun tanıdığı şəxslərdən heç kim hadisəni görməmişdir. “Mercedes” markalı avtomobilin onun hərəkət yolun çıxmasını təxminən 10 metr məsafədən görmüş, təhlükə onun üçün həmin andan və həmin məsafədən yaranmış o, avtomobili görən kimi əyləci sıxmış və sükanı sağa tərəf çəkmiş, lakin hadisədən yayına bilməmişdir. O, həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Hadisə zamanı onun qızı Fatimə baş nahiyəsindən, o isə sol dizindən xəsarət alsa da heç bir xəstəxanaya müraciət etməmişlər. Məhkəməyədək icraat dövründə digər zərərçəkmiş şəxs X5 oxşar məzmunlu izahat verərək atası X3 izahatında göstərdiyi xüsusuatları təsdiqləmişdir. İş materiallarına əlavə olunmuş, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2” X13 05.11.2021-ci il tarixli, 1839 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın nahiyəsinin əzilməsi, sol göz nahiyəsinin hematoması – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 05.11.2021-ci il tarixdə əmələ gələ bilərlər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilirlər. İş materiallarına əlavə olunmuş, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2” X13 15.11.2021-ci il tarixli, 1844 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ diz oynağı nahiyəsinin əzilməsi (qançır, sıyrıq və şişkinlik) - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 05.11.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş, 19 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X15 göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Аpelyаsiyа Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar