Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-432/2020 23.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş X10 Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə; xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi baş leytenantı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, bina 10, mənzil 21-də yaşayan X1 yaşadığı binanın dəhlizinə qoyduğu 300 manat dəyərində velosipedini oğurlamışdır. Bununla da onun tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi baş leytenantı X6protokolda qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Pasyolka adlanan ərazidə piyada gəzmiş, 44 nömrəli məktəbin yaxınlığında yerləşən binanın dəhlizində bir ədəd velosiped gözünə dəymişdir. Ətrafa nəzər yetirib şəraitini qiymətləndirdikdən sonra oradan uzaqlaşmışdır. 2 gün sonra xx.xx.2020-ci il tarixdə saat 03:00 radələrində həmin əraziyə bir də baş çəkmiş, fikrində olan velosiped həmin yerdə saxlanılmışdır. O, ətrafa nəzər yetirib həmin velosipedi oradan götürərək sürüb həmin ərazidən uzaqlaşmışdır. Oğurladığı velosipedi o, yaşadığı ünvana gətirmişdir. Gecə qurtardıqdan sonra səhər saatlarında o, oğurladığı velosipedi tanımadığı şəxsə 130 manata satmışdır. Həmin pulu öz ehtiyaclarını qarşılamaq üçün istifadə etmişdir. Törətdiyi əməldən peşmandır və hazırda iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəyərək onunla barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ərizə təqdim edərək ona dəymiş maddi ziyanı Şəxs tərəfindən tam şəkildə ödənildiyi üçün onun Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirdi, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X2 məxsus 300 manat dəyərində velosiped oğurlaması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını, eləcə də İXM-in yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-in 53.0.10-cu maddəsinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-432/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-432/2020
23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver