Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-432/2021 18.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinin polis kapitanı X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.6, 332.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 27.05.2021-ci il tarixdə saat 15:05-də sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-2108” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş X3 bildirdi ki, 27.05.2021-ci il tarixdə saat 15:05-də sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-2108” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Müəyyən edilmişdir ki, Şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Ona görə də Şəxs barəsində İXM-in 332.4-cü maddələri ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 27.05.2021-ci il tarixdə saat 15:05 radələrində “VAZ-2108” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə X11 küçəsi istiqamətindən Sevinc qəsəbəsinə gedən yol ilə düzünə hərəkət edib “Ümid” Marketin bərabərliyinə yaxınlaşarkən eyni istiqamətdə düzünə hərəkətdə olan “Nazlifan” markalı **-BG-*** nömrəli avtomobilin sürücüsü yolda olan nasazlıq səbəbindən qarşısında əyləcə basıb dayanmışdır. Həmin avtomobillə ara məsafəsi az olduğundan öz idarə etdiyi avtomobili saxlaya bilməmiş və qarşıdakı avtomobilin arxa hissəsindən dəyərək toqquşmuşdur. Toqquşmadan sonra hadisə yerini tərk edib getmişdir. Avtomobili etibarnamə əsasında alsa da, sürücülük hüququ yoxdur. Törətdiyi əmldən peşmandır. Məhkəmə iclasinda iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, “Nazlifan” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Hdisə vxtı avtomobili etibarnamə ilə oğlu idarə etmişddir. 27.05.2021-ci il tarixdə saat 15:05 radələrində “VAZ- 2108” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilinin arxasından vuraraq toqquşmuşdur. Hadisə nəticəsində avtomobilinə 1124 manat maddi zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş 18 iyun 2021-ci il tarixli “Qüsur aktı”ndan görünür ki, “Nazlifan” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı 1124 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs “VAZ-2108” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Gəncə şəhəri, Sevinc qəsəbəsi yolunda hərəkətdə olarkən həmin yolda qarşısında hərəkətdə olan, X4 idarə etdiyi, X5 məxsus olan “Nazlifan” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili düzgün ara məsafəsi seçmədiyi üçün arxa hissəsindən vurduğu və nəticədə avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsi olmadığından o, nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə protokolda qeyd edilmiş inzibati xətalardan İXM-in 327.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş xətalar vahid bir inzibati xətanın tərkibini əmələ gətirir. Belə ki, İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta tərkibinin müstəqil olaraq yaranması mümkün deyildir. Bu xətanın tərkibinin yaranması üçün ilk növbədə sürücü nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmadan nəqliyyat vasitəsini idarə etməli (bu zaman İXM-in 332.2-ci maddəsinin tərkibi yaranır), həmin zaman başqa şəxsin əmlakına maddi zərər vurmalı və ya sağlamlığına yüngül zərər vurmalıdır. Maddi və ya fiziki zərərin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi üçün isə hər hansı başqa qayda pozuntusunun baş verməsi zəruridir. Hazırkı halda isə yol-nəqliyyat hadisəsinin səbəbi ara məsafəsinin düzgün seçilməməsi, yəni İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi olmuşdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Protokolda göstərilmiş digər inzibati xətalar, yəni İXM-in 327.6-cı (yol nəqliyyat hadisəsi yerindən yayınma) və 332.1-ci (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələri ilə nəzərdə tutulmuş xətalar hazırkı inzibati xəta hadisəsindən müstəqil olaraq məsuliyyətə səbəb olduğundan və həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından həmin hissədə məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Gəncə şəhər BPİ-nin X12 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Şəxs Azərbaycan Respublikası İXM-in 327.6-cı və 332.1-ci maddələri ilə inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-432/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-432/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver