Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-433/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, X3 X6 protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, 13.01.2021-ci il tarixli İXP ******* nömrəli protokolun hüquqi əsası olmadığı üçün ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, 13.01.2021-ci il tarixdə Göygöl rayonu, Totanlı kəndində ona məxsus olan MERCEDES BENZ E240 markalı ** NV *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol patrul xidməti baş inspektor polis leytenantı Məhəmməd Məmmədəliyev ona məxsus olan maşını saxlayıb Bakı şəhəri, Xəzər rayonu, Qala Qəsəbəsi, ev 349-da qeydiyyatda olan sərnişin qismində X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsinə əsasən təqsirli bilib, barəsində 13.01.2021-ci il tarixli, İXP ******* nömrəli X6 Protokol tərtib etmişdir. X1 barəsində protokol tərtib edilməsinə baxmayaraq, 200 manat məbləğində cərimə ona məxus olan MERCEDES BENZ E240 markalı ** NV *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində görsənir. Ona görə o, hazırda MERCEDES BENZ E240 markalı ** NV *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində sərəncam, istifadə etmək və sərbəst olaraq sahiblik etmək hüququnu həyata keçirə bilmir. Bu isə onun hüuqlarını kobud şəkildə pozur. Məhkəmə hesab edir ki, X5 tərəfindən X6 protokoldan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, X5 şikayət ərizəsində İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, inzibati xətalar haqqında qanunvericilikdə X6 protokoldan deyil, X6 protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilməsi nəzərdə tutulmuşdır. Başqa sözlə, qanunveriliyə əsasən X6 protokoldan məhkəməyə şikayət verilə bilməz. Digər tərəfdən şikayətə əlavə edilmiş İXP ******* nömrəli, 13.01.2021-ci il tarixli X6 protokoldan görünür ki, həmin protokola əsasən X4 adlı şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin protokol əsasında Ramin Məmmədov barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsi isə şikayətə əlavə edilmiş sənədlərdən görünmür. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X6 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə qeyd edir ki, əgər İXP ******* nömrəli, 13.01.2021-ci il tarixli X6 protokol əsasında X4 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdirsə, yalnız həmin şəxs qeyd olunan qərarı rəsmi qaydada əldə etdiyi vaxtdan 10 gün müddətində qərarın qanuniliyini yuxarı vəzifəli şəxs və ya məhkəməyə şikayət verməklə mübahisələndirə bilər, X3 həmin qərarı mübahisələndirmək hüququ yoxdur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X6 iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, X6 işin baxılmağa hazırlanması zamanı X6 iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X3 İXP ******* nömrəli, 13.01.2021-ci il tarixli X6 protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-433/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-433/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver