Məhkəmə qərarları › İş №3(043)-434/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-434/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-434/2022 03.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş şəxs Gəncə şəhər BPİ-i DYPŞ-nin polis serjantı X3 iştirakı ilə, Gəncə şəhər DYPŞ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul olunmuş 08.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəhər DYPŞ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul olunmuş 08.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarının ləğv edilməsini xahiş etmişir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayətini onunla əsaslandırdı ki, YPX-nin əməkdaşı X5 tərəfindən 08.05.2022-ci il tarixdə İXP ******* saylı protokol tərtib olunmuş və onun idarə etdiyi KİA markalı, ** EX *** qeydiyyat nişanlı avtomobillə saat 08:20 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində qayda pozmağa görə “ X9 ” Azərbaycan Respublikası Qanununun 3 tələblərini pozmaqla inzibati xəta törətdiyi və buna görə İXM-nin 332.1-ci maddəsinə əsasən 40 manat məbləğdə cərimə olunmağı qeyd olunmuşdur. Hesab edir ki, həmin protokol qanunsuz tərtib olunmuşdur. Belə ki, YPX-nin əməkdaşı X5 qeyd olunan protokolu tərtib edərkən qayda pozulması ilə bağlı ona hər hansı bir sübut təqdim etməmişdir. O, həmin əməkdaşa heç bir yol hərəkəti qaydasını pozmadığını bildirsə də, o buna əhəmiyyət verməyərək, qərəzli olaraq protokol tərtib etmişdir. Avtomobili saxladıqdan sonra ondan sənədləri təqdim etməyini tələb etmişdir.YPX əməkdaşına bildirmişdir ki, avtomobil həyat yoldaşının adınadır və birgə nikah dövründə əldə edilib. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Bununla bağlı Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrində də birgə mülkiyyət öz əksini tapmışdır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Gəncə şəhər DYPŞ-nin polis serjantı X5 göstərdi ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs avtomobili etibarnamə olmadan idarə etdiyi üçün İXM-nin 332.1-ci maddəsinə əsasən barəsində 40 manat inzibati cərimə tənbehi tətbiq olunmuşdur.Şikayət əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Gəncə şəhər DYPŞ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul olunmuş 08.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 48-ci madəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. İXM-in 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs idarə etdiyi avtomobilin onun sahibi ilə birgə mülkiyyətində olmasını əsas gətirərsə də avtomobilin sahibi tərəfindən hər hansı səlahiyyət (etibarnamə) verilməsini təsdiq edən sübutu təqdim etməmişdir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və Gəncə şəhər DYPŞ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul olunmuş 08.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara alır: Şikayət təmin edilməsin. Gəncə şəhər DYPŞ-i yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul olunmuş 08.05.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar