Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-435/2020 27.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 mənzil 50 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxx 2020-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 2(043)-1208/2020 saylı, xx.xx.2020-cu il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat və uşağın üç yaşına çatanadək saxlanılması üçün 50 (əlli) manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq tərəfindən borcluya təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 1260 manat aliment borcu vardır. Borclu Şəxs izahatlarında icra sənədi üzrə olan aliment borcunu ödəməyəcəyini bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, məhkəmə tərəfindən aliment müəyyən olunduğu gündən o, Zərərçəkmiş şəxs alimenti ödəməyəcəyini bildirmişdir. Alimenti ödəməməyinin səbəbi G.Məmmədova ilə barışıb ailəsini bərpa etmək istəyidir. Düşünür ki, bu yolla ailənin bərpasına nail ola bilər. Eyni zamanda hazırda xüsusi karantin rejimi ilə əlaqədar heç bir yerdə işləmir və gəliri yoxdur. Hazırda və gələcəkdə də onun aliment ödəməyə heç bir niyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxsizahat verib bildirdi ki, keçmiş əri, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu günə kimi məhkəmə qətnaməsi ilə müəyyən alimentdən heç bir ödəniş etməmişdir. Qərəzli olaraq qətnamənin icrasından qəsdən yayınmışdır. Şəxs barışmaq fikri olsa idi, ilk növbədə uşağının saxlanması üçün aliment ödəyərdi. Şəxs birlikdə yaşadıqları vaxt da ailəyə və uşağına laqeyd münasibət bəsləmişdir və hazırda da bu münasibətini davam etdirir. Hazırda Şəxsödənilməmiş 1260 manat aliment borcu vardır. Onun nə indi, nədə ki gələcəkdə Şəxs ilə barışmaq fikri yoxdur. Buna görə də borclu Şəxs barəsində ən ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1208/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci ildən başlayaraq cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment və uşağın üç yaşına çatana kimi saxlanılması üçün 50 manat sabit məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1208/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan müəyyən olunur ki, borclunun heç bir pul vəsaiti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli sonuncu xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatın surətindən məlum olur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1208/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi onun 840 manat aliment borcunun olmasını etiraf etmiş və o həmin məbləği ödəməkdən imtina etdiyini, inzibati və cinayət məsuliyyəti daşımağa hazır olduğunu göstərmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatının surətindən məlum olur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1208/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi onun 840 manat aliment borcunun olmasını etiraf etmiş və o həmin məbləği işinin olmadığına görə ödəyə bilmədiyini, gələcəkdə də aliment ödəmək fikri olmadığını bildirmişdir. Alimenti ödəməməyinin səbəbi tələbkarla barışmaqdır. Şəxs inzibati və cinayət məsuliyyəti daşımağa hazır olduğunu göstərmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1208/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır və bu günə olan ödənilməmiş aliment məbləği 1260 manat təşkil edir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəməhesabedirki, Şəxs əməli Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətaya münasibətini və inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsi inzibati tənbehin məqsədləri baxımından zəruridir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2020-ci il tarixdən saat 12:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-435/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-435/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver