Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-435/2021 21.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş X7, zərərçəkmiş şəxslər X2, barəsində inzibati xəta haqqında icraat aparılan X10 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, döngə-4, bina 10, mənzil 4-də qeydiyyatda olan və yaşayan X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 21 iyun 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən tərtib olunmuş 21 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X16 16.04.2021-ci il tarixdə X1 dirsək nahiyəsinin və sol əlin ovuc səthinin sıyrıqları xəsarəti ilə dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişdir. Beləliklə də, X3 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 izahatında göstərdi ki, X16 16.04.2021-ci il tarixdə X6 vuraraq ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, X11 əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, 16.04.2021-ci il tarixdə bacısı oğlu Məhərrəm və qonşuları Şəhriyatın aralarında olan münaqişə zamanı onları ayrımaq üçün Şəhriyatı itələmiş, bu zamanda Şəhriyat yıxılarkən xəsarət almışdır. Törətdiyi əməldən peşmandır və onun barəsində yüngül cəza tənbehi tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, 16.04.2021-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı binanın həyətində olan zaman yaxınlıqdakı binanın həyətindən səs-küy gəldiyini eşidib səs- küy gələn binanın qarşısına getmiş, həmin binanın qarşısına çatdıqda 2 nəfər qadının 1 nəfər spirtli içki qəbul edən yaşlı kişini yerdə tutub saxladıqlarını görmüşdür. Həmin vaxt həmin qadınlara köməklik edib həmin kişini yerdən qaldırmış, spirtli içki qəbul edən kişini yerdən qaldırdıqdan sonra həmin şəxsin qadınları narahat etməməsi üçün həmin şəxsi kənara çəkib evinə yola salmaq istəmişdir. O, spirtli içki qəbul edən yaşlı kişini kənara aparan zaman qonşuluqda yaşayan Məhərrəm və Ümüd həmin şəxsə yaxınlaşıb həmin şəxsə öz iradlarını bildirib spirtli içki qəbul edən yaşlı kişini döymək istəmişlər. O, həmin vaxt Məhərrəm və Ümüdə kişinin yaşlı olduğunu deyib spirtli içki qəbul edən yaşlı kişi yerdə olan zaman qadınlara köməklik etmədikləri üçün Məhərrəm və Ümüdə öz iradını bildirmişdir. O, Məhərrəm və Ümüdə öz iradını bildirən zaman Məhərrəm yumruq ilə ağız nahiyəsinə vurduğu üçün yerə yıxılmışdır. O yerə yıxıldıqdan sonra Məhərrəm və Ümüd üzərinə gəlib bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vuraraq onu döyməyə başlamışlar. Təxminən 2-3 dəqiqə Məhərrəm və Ümüd bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vurduqdan sonra Məhərrəmin anası müdaxilə edərək Məhərrəm və Ümüdü ondan aralamışdır. Bütün bunlara baxmayaraq, o, qonşuluğuna yaşadığına görə Ümüd Əliyevin həbs olunmasını istəmir. Odur ki, onun barəsində inzibati həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X5 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 24.04.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla X11 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Kəpəz RPB-nin sahə rəisinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X16 İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, X11 ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə X14 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 350 (üç yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-435/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-435/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver