Məhkəmə qərarları › İş №3(043)-435/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-435/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-435/2022 21.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayətçi X1 və protokol tərtib edən şəxs Gəncə şəhər DYPŞ-in polis kiçik leytenantı X3 iştirakı ilə, Gəncə şəhər DYPŞ-in polis kiçik leytenantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X2 Gəncə şəhər DYPŞ-in polis kiçik leytenantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək bildirdi ki, 20DZ853 qeydiyyat nişanlı, VZ-2106 minik markalı avtomobili idarə edərkən Abbas Səhhət adlanan ərazidə onun idarə etdiyi avtomobili arxa tərəfdən VAZ 21011 minik markalı avtomobil vurmuşdur. Ona dəyən zərər 1280 manatdır ki, bunun haqqında qüsur aktı mövcuddur.Belə ki, savadsızdır latın qrafikası ilə yazıb oxuya bilmir. Polis əməkdaşı ona boş blanka imza etdirərək avtomobilinə dəyən zərərə görə sığortanın pul ödəyəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur, hadisənin törədilməsində təqsirli hesab edilərək cərimə olunmuşdur. Şikayəti müdafiə edərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Gəncə şəhər DYPŞ-in polis kiçik leytenantı X4 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx, Gəncə şəhəri, S.Rüstəmov küçəsi ilə hərəkətdə olarkən yol nişanının tələblərinə riayət etməyərək yol ver işarəsinə məhəl qoymadan əsas yola çıxarkən hərəkətdə olan VAZ 21011 markalı avtomobillə toqquşaraq İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Şikayətin əsassız olduğunu göstərərək təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan:- İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X2 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat miqdarında cərimə olunmuşdur. xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, 20DZ853 qeydiyyat nişanlı, VZ-2106 minik markalı avtomobilə dəyən zərərin miqdarı 1280 manat təşkil edir. Hadisə yerinin görüntüsünü əks etdirən fotoşəkildən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 idarə etdiyi , VAZ-2106 minik markalı 20DZ853 qeydiyyat nömrə nişanlı, avtomobil Gəncə şəhəri, S.Rüstəmov küçəsi ilə baş yolda düzünə şəhəkətdə olarkən VAZ 21011 markalı 20 BV378 qeydiyyat nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Qərarından şikayət verilən şəxs Gəncə şəhər DYPŞ-in polis kiçik leytenantı X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxin Gəncə şəhəri, S.Rüstəmov küçəsi ilə hərəkətdə olarkən yol nişanının tələblərinə riayət etməyərək yol ver işarəsinə məhəl qoymadan əsas yola çıxdığını göstərsə də fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi yol ver nişanı olan kəsişmədə deyil ondan qabaqda VAZ-2106 minik markalı 20DZ853 qeydiyyat nömrə nişanlı, avtomobilin baş yolda düzünə hərəkətdə olarkən arxa hissəsindən vurulmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ya qərar qəbul olunarkən həmin xətanın törədilməsində aşkar olunan xüsusi texniki vasitənin tipi, nömrəsi, dövlət qeydiyyatından keçməsi barədə hər hansı bir məlumatlar göstərilməmiş, həmin xətanın törədilməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İXM-in 8.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta törətməsi məhkəmə iclasında sübut olunmadığından onun barəsində xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X2 barəsində olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və barəsində İXM-in 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar