Məhkəmə qərarları › İş №3(043)-436/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-436/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-436/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Zeyvə ərazi dairəsi, Zeyvə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 24.05.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş 24 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 24.05.2022-ci il tarixdə X7 əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X5 oğlu izahatında göstərdi ki, Şəxs 24.05.2022-ci il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. Lakin, onun əməli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, bu barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, 24.05.2022-ci il tarixdə dostuna məxsus olan Niva markalı avtomobili idarə edən zaman avtomobilin arxa purjunları aşağı olduğuna görə X6 əməkdaşları onu saxladılar və avtomobilin dayanacağa getməli olduğunu bildirdilər. Həmin vaxt polis əməkdaşlarından biri onun idarə etdiyi avtomobilə əyləşərək avtomobili cərimə meydançasına sürməsini istədi. O isə avtomobilin sahibi olan dostuna zəng edib onun yaşadığı ev istiqamətində avtomobili sürmüşdür. Həmin vaxt polis əməkdaşı ondan cərimə meydançasına sürməsini tələb etsə də, o, buna məhəl qoymamış Sevinc qəsəbəsi istiqamətində avtomobili idarə etmişdir. Həmin vaxt yolda post patrul xidmətinin əməkdaşlarını görmüş və qorxduğundan avtomobili saxlayaraq oradan qaçmağa çalışmışdır. Törətdiyi əmələ görə çox peşmandır. Ailəli olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Qeyd olunanları nəzərə alaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, Gəncə şəhəri, D.Qorqud küçəsində 6229 nömrəli dövlət nömrə nişanı ** YP *** olan yol patrul avtomaşınında xidmətdə olan zaman həmin ərazidə hərəkətdə olan Niva markalı ** XD *** dövlət nömrə nişanlı avtomaşının arxa yayları kəsilmiş vəziyyətdə olmasına görə saxla işarəsi verilərək saxlanılmışdır. Həmin vaxt o, avtomaşının sürücüsünə yaxınlaşaraq özünü təqdim edib avtomaşında konstruktiv dəyşiliklik olunmasını sürücüyə izah edərək həmin avtomaşını Gəncə şəhər BPİ-nin DYP şöbəsində dayanacağa yerləşdirilməsi üçün avtomaşında sürücünün yanında oturaraq həmin avtomaşını dayanacağa qoyulması üçün aparan zaman adı sonradan ona məlum olan sürücü Şəxs avtomaşını dayanacağa aparmaqdan imtina edərək tabesizlik göstərib həmin yerdən Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə yüksək sürətlə avtomaşını idarə edərək avtomaşını dayanacağa yerləşdirməkdən imtina edib Gəncə şəhəri Gəc zavodu yerləşən istiqamətə sürərək tabesizlik göstərmişdir. Dəyirmanın kruqu adlanan yerdə post patrul xidmətinin əməkdaşlarını görüb avtomobili saxlayaraq oradan qaçmağa cəhd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar