Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-438/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. 25.05.2022-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs Gəncə şəhəri, 3-cü mikrorayon, bina 21, mənzil 2-də yaşayan X10 yaşadığı evdən onun mənzilinə quraşdırılmış 1 ədəd 60 manat dəyərində su sayğacını gizli yolla oğurlamışdır. 25.05.2022-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs Gəncə şəhəri, 3-cü mikrorayon, bina 12A, mənzil 30-da yaşayan X2 yaşadığı binanın dəhlizindən ona məxsus bir ədəd 60 manat dəyərində olan su sayğacını oğurlamışdır. 25.05.2022-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 01.02.2022-ci il tarixdən 28.02.2022-ci il tarixədək olan müddət ərzində N.Nərimanov prospekti, bina 24, mənzil 31-in dəhlizindən X7 məxsus su sayğacını oğurlamışdır. 25.05.2022-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 04.01.2022-ci il tarixdən 19.02.2022-ci il tarixədək olan müddətdə Gəncə şəhəri, N.Nərimanov küçəsi, bina 4, mənzil 41-in dəlizindən X16 məxsus su sayğacını oğurlamışdır. 25.05.2022-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs Gəncə şəhəri, 3-cü mikrorayon, ev 24, mənzil 7-da yaşayan X5 yaşadığı binanın dəhlizindən ona məxsus bir ədəd 60 manat dəyərində olan su sayğacını oğurlamışdır. 25.05.2022-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs Gəncə şəhəri, 3-cü mikrorayon, ev 21, mənzil 30-da yaşayan X6 yaşadığı binanın dəhlizindən ona məxsus bir ədəd 60 manat dəyərində olan su sayğacını oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin sahə rəisi X4 inzibati xəta haqqında protokollarda qeyd olunmuş əməllərin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokollarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən maddi imkansızlıqdan törədilmişdir. Oğurladığı su sayğaclarının tərkibində latun metalı olduğu üçün onları metal qırıntısı kimi səyyar şəkildə metal qırıntısı yığan tanımadığı şəxslərə satmışdır. Hazırda törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 30 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, X11 məxsus olan, bir ədəd 60 manat dəyərində su sayğacını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 60 manat ziyan vurulmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 30 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, X3 məxsus olan, bir ədəd 60 manat dəyərində su sayğacını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 60 manat ziyan vurulmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 25 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, X7 məxsus olan, bir ədəd 40 manat dəyərində su sayğacını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 40 manat ziyan vurulmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 07 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, X16 məxsus olan, bir ədəd 40 manat dəyərində su sayğacını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 40 manat ziyan vurulmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 30 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, X8 məxsus olan, bir ədəd 60 manat dəyərində su sayğacını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 60 manat ziyan vurulmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 30 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, X9 məxsus olan, bir ədəd 60 manat dəyərində su sayğacını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 60 manat ziyan vurulmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 24 may 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 24 may 2022-ci il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla onun barəsində tərtib olunmuş protokollar üzrə müəyyən edilmiş əməllərə görə ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və təyin edilmiş tənbeh müddətləri qismən toplanılmaqla ona qəti tənbeh verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək ona MN ******* saylı, 25.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 25.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 25.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 25.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 25.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 25.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 24.05.2022-ci il saat 20:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-438/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-438/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver