Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-441/2021 08.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Fərhad oğlunun iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 22 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22.06.2021-ci ildə Gəncə şəhəri, 5-ci mikrorayon bina 7-nin qarşısında yerləşən qarajın yanında domino ilə pulla qumar oynamışdır. Beləliklə də, Şəxs Fərhad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi həmin normanın sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi imperativ qaydada göstərilmişdir. Başqa sözlə, əgər məhkəmə şəxsi İXM-nin 525-ci maddəsi ilə təqsirli bilərsə, əsas tənbeh növü kimi cərimə ilə yanaşı, mütləq əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsini də tətbiq etməlidir. Lakin, inzibati xəta haqqında materialı araşdırarkən müəyyən olundu ki, Şəxs Fərhad oğlunun barəsində tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol materiala əlavə olunsa da, inzibati xətanın bilavasitə obyekti olmuş predmet(lər) materiala əlavə edilməmiş və ya onun harada saxlanılması, həmin predmetin fərdi xüsusiyyətləri barədə hər hansı məlumat iş materiallarında mövcud deyildir. Məhkəmənin hazırlıq iclası zamanı da protokolu tərtib etmiş şəxs inzibati xətanın bilavasitə predmeti olan əşyaların götürülüb-götürülmədiyini, harada saxlanılmasını bilmədiyini bildirmişdir. Belə olan təqdirdə, inzibati xəta haqqında işə baxılması nəticəsində Şəxs İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinməsi halında, inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi məsələsini həll etmək qeyri-mümkündür. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Fərhad oğlunun barəsində İXM-in 525-ci maddəsi ilə olan inzibati material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə Şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-441/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-441/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver