Məhkəmə qərarları › İş №3(043)-442/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-442/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-442/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Gəncə şəhəri BPİnin X18 Şöbəsi polis baş leytenantı X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1977-cı il tarixdə Kəlbəcər rayonu, Qılışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Qılışlı kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ətrafında ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X18 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-nin X18 Şöbəsi polis baş leytenantı X10 tərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 21.04.2022-ci il tarixdə saat təxminən 16:00 radələrində sürücü Şəxs sürücülük hüququ olmadan ayıq vəziyyətdə idarə etdiyi “VAZ- 2106” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində yolu keçmək istəyən piyada X3 ehtiyatsızlıq edərək vurmuş, nəticədə X1 baş beyin silkələnməsi ilə müşayət olunan ənsə nahiyəsinin hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlməsi qismində yüngül xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-nin X18 Şöbəsi polis baş leytenantı X10 inzibati xəta haqqında protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Onun sürücülük vəsiqəsi yoxdur “Vaz 2106” minik markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili o, baş etibarnamə əsasında idarə edir. 21.04.2022-ci il tarixdə o, idarə etdiyi “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, D.Qorqud küçəsində işıqforun qırmızı işığında dayanmış, daha sonra işıqforun işığı yaşıl işığa keçdikdə o, idarə etdiyi avtomobilə hərəkət etmək istədikdə yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyadam vurmuşdur. Bundan sonra o idarə etdiyi avtomobili saxlayaraq həmin piyadanı Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. Orada MRT aparatı olmadığından piyadanı Gəncə Beynəlxalq xəstəxanaya aparmışdır. Daha sonra o, polis əməkdaşları ilə sərxoşluq müayinəsindən keçmək üçün narkoloji dispanserə gedib həkim tərəfindən yoxlanmış, və ayıq olmağı bilinmişdir. Hadisənin baş verməsinə səbəb onun diqqətsizliyi və həmin piyadanın yolu keçməsini görməməsi olmuşdur. Bildirmişdir ki, həmin vaxt idarə etdiyi avtomobilin sürəti 5-10 km/saat olmuşdur. Həmin vaxt o, avtomobildə tək olmuşdur. Hadisə baş verərkən həmin yerdə tanıdığı şəxslərdən heç kim hadisəni görməmişdir. Sürücü, piyadanın yolu keçməsini görməmişdir. Bu səbəbdən də hadisənin qarşısını ala bilməmişdir. O, həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etmişdir. Hazırda törətdiyi xətadan səmimi peşmandır. Lakin zərərçəkmiş şəxsə vurulan ziyanı ödəməmiş və onunla barışıq əldə etməmişdir. Buna baxmayaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, 21.04.2022-ci il tarixdə, Gəncə şəhəri D.Qorqud küçəsi ilə yolu sağ tərəfdən sol tərəfə keçmək istəyərkən, “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onu vurmuş, daha sonra həmin avtomobilin sürücüsü olan Şəxs avtomobili saxlayıb ona yaxınlaşmışdır. Onu əvvəlcə Gəncə şəhər 3 nömrəli xəstəxanaya daha sonra isə Gəncə Beynəlxalq xəstəxanaya apardığını bildirmişdir. Orada baş nahiyəsinin MRT aparatında müayinə olunduğunu bildirmiş daha sonra həkim ona beyin sirkələnməsi olduğunu bildirmişdir. İki gün həmin xəstəxanada qaldıqdan sonra yaşadığı ünvana gəldiyini bildirmişdir. Hadisənin baş verməsinə səbəb “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü olan Şəxs diqqətsizliyi olmuşdur. Hadisə zamanı o baş nahiyəsindən xəsarət almışdır. Ona dəymiş zərər ödənilməmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçidir. Odur ki, Şəxs barəsində həbs növündə cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 26.05.2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 11 may 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs oğiunun əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilməsi, Şəxs, X13 Qanununun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2” X14 15.12.2021-ci il tarixli, 2051 nömrəli rəyindən görünür ki, X1 bədənəi üzərində müəyyən edilmiş xəsarət – baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 21.04.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 853/2022 nömrəli, 21.04.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, 21.04.2022-ci il tarixdə saat təxminən 16:00 radələrində sürücü Şəxs sürücülük hüququ olmadan ayıq vəziyyətdə idarə etdiyi “VAZ-2106” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində yolu keçmək istəyən piyada X3 ehtiyatsızlıq edərək vurmuş, nəticədə X1 baş beyin silkələnməsi ilə müşayət olunan ənsə nahiyəsinin hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlməsi qismində yüngül xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətlərinə aiddir. İnzibati xəta şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 27 may 2022-ci il tаrixdən, saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 26 may 2022-ci il tаrixdən, saat 16:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X9 həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar