Məhkəmə qərarları › İş №3(043)-443/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-443/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-443/2022 27.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1991-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində 26.05.2022-ci il tarixli inzibati xəta haqqında MN 1382187, MN 1382188, MN 1382189, MN 1382190, MN 1382191, MN 1382192, MN 1382299, MN ******* və MN ******* və nömrəli protokollar tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis kapitanı Seymur Xəlilov ərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixə keçən gecə ünvan 2 ünvanında yaşayan X2 yaşadığı binanın dəhlizində su borusuna birləşdirilmiş 1 ədəd 60 manat dəyərində olan smart tipli su sayğacanı oğurlamaqla maddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis kapitanı Seymur Xəlilov tərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 30 aprel 2022-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yaşayan X14 yaşadığı binanın damından 1 ədəd 120 manat dəyərində olan su matorunu oğurlamaqla maddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis kapitanı Seymur Xəlilov tərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 aprel 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanında yaşayan X10 yaşadığı evə çəkilmiş su borusuna birləşdirilmiş 1 ədəd 60 manat dəyərində olan smart tipli su sayğacanı oğurlamaqla maddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis baş leytenatı X16 tərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 mart 2022-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X5 yaşadığı evə məxsus 1 ədəd su matoru və 1 ədəd hidrafonu oğurlamaqla, ümumilikdə 90 manat məbləğində maddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 23 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixə keçən gecə ünvan 6 ünvanında yaşayan X6 yaşadığı evə məxsus 1 ədəd 40 manat dəyərində su sayğacını oğurlamaqla maddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis baş leytenatı X16 tərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək olan müddət ərzində ünvan 8 ünvanında yaşayan X7 yaşadığı evə məxsus 1 ədəd 40 manat dəyərində olan smart tipli su sayğacını oğurlamaqla maddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis baş leytenatı X16 tərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək olan müddət ərzində ünvan 9 ünvanında yaşayan X1 yaşadığı evə məxsus 1 ədəd 40 manat dəyərində su sayğacanı oğurlamaqla maddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis baş leytenatı X16 tərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 may 2022-ci il tarixdə ünvan 10 ünvanında yaşayan X8 yaşadığı evə məxsus 1 ədəd 40 manat dəyərində su sayğacanı oğurlamaqla maddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis baş leytenatı X16 tərəfindən tərtib olunmuş 26.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 30 yanvar 2022-ci il tarixdə ünvan 11 ünvanında yaşayan X11 yaşadığı evə məxsus 1 ədəd 90 manat dəyərində su sayğacanımaddi ziyan vurmuş və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 27.05.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Gəncə şəhər 2-ci polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X12 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən müxtəlif vaxtlarda törədilmiş xırda talama əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, hazırda işsizdir və heç bir yerdə işləmir. Barəsində 9 faktla bağlı tərtib edilmiş inzibati xəta hadisələrində özünü tam təqsirli bilir. Həmin inzibati xətanın hamısını özü etmişdir. Maddi imkanını olmadığı üçün zərəri ödəyə bilməmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Zərərçəkmişlərə vurduğu zərəri ödəməmiş və aralarında barışıq əldə olunmamışdır. Himayəsində bir azyaşlı uşağı vardır və onun əməliyyatına pul lazım olduğu üçün oğurluqlar etmişdir. Məhkəmədən himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan inzibati material üzrə işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10.05.2022-ci il tarixli, 11.05.2022-ci il tarixli, 10.05.2022-ci il tarixli, 10.03.2022-ci il tarixli, 19.02.2022-ci il tarixli, 20.05.2022-ci il tarixli, 20.05.2022-ci il tarixli, 08.03.2022-ci il tarixli və 14.02.2022-ci il tarixli, qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində müvafiq tədbir görülməsi üçün qərarların surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “inzibаti qаydаdа tutmа” hаqqındа 26.05.2022-ci il tarixli prоtоkоldаn görünür ki, Şəxs 26.05.2022-ci il tarixdə, saat 12:05-də inzibаti qаydаdа tutulmuşdur. Məhkəmə işdə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, Şəxs barəsində 26.05.2022-ci il tarixli, MN ******* saylı və 26.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs ona istinad olunan inzibati xətanı 23 yanvar 2022-ci il tarixdə törətmiş, 19 fevral 2022-ci il tarixli qərarla baş vermiş hadisədə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmiş və 30 yanvar 2022-ci il tarixdə törətmiş, 14 fevral 2022-ci il tarixli qərarla baş vermiş hadisədə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Şəxs ona istinad olunan inzibati xətanı 23 yanvar 2022-ci il tarixdə törətmiş, 19 fevral 2022-ci il tarixli qərarla baş vermiş hadisədə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmiş və 30 yanvar 2022-ci il tarixdə törətmiş, 14 fevral 2022-ci il tarixli qərarla baş vermiş hadisədə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokol isə məhkəməyə 27 may 2022-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən hazırki inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi günədək üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 26.05.2022-ci il tarixli, MN ******* nömrəli protokol üzrə Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanımış inzibati xəta haqqında işin icraatına və Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis baş leytenatı X16 tərəfindən tərtib edilmiş 26.05.2022-ci il tarixli, MN ******* nömrəli protokol üzrə Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanımış inzibati xəta haqqında işin icraatına, həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs 26.05.2022-ci il tarixli, MN ******* saylı; 26.05.2022-ci il tarixli, MN ******* saylı, 26.05.2022-ci il tarixli, MN ******* saylı; 26.05.2022-ci il tarixli, MN ******* saylı; 26.05.2022-ci il tarixli, MN ******* saylı və 26.05.2022-ci il tarixli, MN ******* saylı inzibati protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İnzibati xəta haqqında protokolların məzmunundan və Şəxs verdiyi izahatlarından görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmiş, əməllərindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər on beş protokol üzrə ayrı-ayrılıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 26 may 2022-ci il tаrixdən, saat 12:05-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində 26.05.2022-ci il tarixli, MN ******* saylı və 26.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində tərtib olunmuş MN ******* saylı, 26.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, 26.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, 26.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, 26.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, 26.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, 26.05.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati tənbeh növündə həbs edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 03 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 26 may 2022-ci il tаrixdən, saat 12:05-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X15 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar