Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-451/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-in sahə rəisi polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X6 iştirakı ilə, xx.xx.1974-cü ildə Azərbaycan Respublikası, Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, H.Əliyev 89 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Keçid küçəsi, ev 22, mənzil 2 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-in sahə rəisi polis kapitanı X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 30.06.2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 29.04.2021-ci il tarixdə Ələsov X5 Ayaz Kamal oğlunu döymüşdür. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-in sahə rəisi polis kapitanı X1 Rövşən Bayram oğlu barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Ayaz Hümbətovu təxminən 2 il olar ki, baldızı X2 vasitəsilə tanımış, onunla münasibətləri həmişə yaxşı olmuş, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 8 ay bundan əvvəl özünə məxsus Mercedes E 190 markalı avtomaşını Ayaz Hümbətovun VAZ 2106 markalı avtomaşını ilə dəyişərək üstündə 2000 manat pul almağa razılaşmış, Ayaz isə ona 1500 manat pul vermiş, halhazırda isə Ayazın 500 manat borcu qalmışdır. Ayaz Hümbətov avtomaşını aldıqdan sonra bir neçə dəfə avtomaşını Gəncə şəhərinə gətirib Gəncə şəhərində onun vasitəsi ilə çilingər kimi tanıdığı Ramin adlı şəxsə təmir etdirmişdir. Təxminən 3 ay bundan əvvəl Ayaz həmin avtomaşını Gəncə şəhərinə gətirib ona verərək təmir etdirməyi xahiş etmişdir. O, da həmin avtomaşını təmir etdirdikdən sonra 250 manat xərci olduğunu deyərək ondan 250 manat almışdır. 29.04.2021-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evin qarşısında özünə məxsus avtomaşının təkərini təmir edən zaman Ayaz evin qarşısına gələrək onun avtomaşının yaxşı təmir etdirmədiyini deyərək nalayiq söyüşlər söyüb onu təhqir etmiş, həmin vaxt arvadı X3 onun yanında olduğu üçün Ayaza nalayiq söyüşlər söyməməyi demiş, buna baxmayaraq Ayaz onu daha da uca səslə təhqir etdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı əl-qol atmış, bu zaman yumruğu Ayazın sifət nahiyəsindən dəymişdir. Həmin vaxt yanında olan arvadı Sevinc Həsənova araya girib onu aralayıb yaşadığı evə aparmışdır. Bundan başqa aralarında heç nə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 bildirdi ki, o, təxminən 5-6 ay bundan əvvəl Gəncə şəhər sakini və Gəncə şəhəri Natavan qəsəbəsində yaşayan Şəxs özünə məxsus VAZ 21-06 markalı avtomaşını verməklə üstündə pul verərək Mercedes 190 markalı avtomaşını almış, həmin avtomaşını aldıqdan sonra avtomaşın nasaz olduğu üçün bir neçə dəfə Rövşənin tanışı olan mühərrik ustası Ramin adlı şəxsin yanına aparıb avtomaşını təmir etdirmiş, buna baxmayaraq avtomaşının təmiri üçün xeyli miqdarda Rövşənə pul göndərsə də Rövşən avtomaşını yaxşı təmir etdirməmişdir. 29.04.2021-ci il tarixdə saat təxminən 15 radələrində avtomaşını təmir edən Ramin adlı şəxsin yanına gedərək avtomaşını nə üçün yaxşı təmir etmədiyini soruşmuş, avtomaşının “qalofka” deyilən hissəsini dəyişmədiyini bildirmişdir. O, belə dedikdə Ramin Rövşənin həmin ehtiyyat hissəsini dəyişməməyi demiş, o da Rövşənin yaşadığı Gəncə şəhəri Natavan qəsəbəsi adlanan yerdə yerləşən evinə gəlmiş, Rövşəni çağırıb nə üçün ona qarşı belə hərəkət etdiyini dedikdə., Rövşən nalayiq söyüşlər söyərək onu təhqir etmiş, sonra evinin qarşısında yumruqla onu vuraraq, döymüşdür. Rövşən onu döydükdən sonra o, dərhal Azərbaycan Respublikası DİN- nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Buna görə də onun onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 10 iyun 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması 08 may 2021-ci il tarixdə rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmış və qərar baxılması üçün Gəncə şəhər, Kəpəz Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının 30.04.2021-ci il tarixli 613 saylı rəyindən məlum olur ki, X7 bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin, özünün etirafedici ifadələri və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Şəxs zərərçəkmiş şəxsi yumruq zərbəsi ilə vuraraq döydüyünü öz ifadəsində etiraf etmişdir. Buna görə də həmin inzibati xətanın onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxsnın ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxsnın qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-451/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-451/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver