Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-453/2020 28.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X7 iclas katibliyi, Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Məhsəti qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixdə ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün aidiyyətı üzrə X21 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixdə ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında hadisə yerinə gedən polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X9 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında Şəxs yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsində olan fərdi yaşayış evinə gedən polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tabesizlik göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə qızı Fəridənin ad gününə hazırlıq edən zaman spirtli içki qəbul etmişdir. İçkili olduğundan arvadı Fərqanə ilə mübahisə etmişlər. Sonra Fəridəni çağırmışlar, onunla söhbət edən zaman təsadüfən DİN-in 102 xidmətinə zəng getmişdir. Bir müddət sonra otağından çıxdıqda, polis əməkdaşları ilə otağın qarşısında üzləşmişdir. Bu zaman əsəbləşib polis əməkdaşlarına evinə nə üçün girdiklərini irad bildirərək, nalayiq ifadələr işlətmiş, onların tələbinə tabe olmamış, aralarında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları onu Kəpəz RPİ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyə çəkdir. Barəsində həbslə bağlı olmayan tənbeh verilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, heç bir yerdə işləməməsini və maddi imkanının olmamasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin TB-in təhqiqatçısı X14 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 16:14 dəqiqədə Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Fəridə Bayramova DİN-in 102 xidmətinə müracət edərək yaşadığı Məhsəti qəsəbəsi 20-ci küçədə yerləşən evdə atası Şəxs anası X1 döyməsi, onu öldürmək istəməsi barədə məlumat verərək təcili polisin gəlməsini bildirdiyindən Kəpəz RPİ-nin məsul növbətçi əvəzi polis mayoru İlham Məhərrəmovun göstərişi əsasında əməliyyat istintaq qrupunun üzvləri, polis baş leytenatı Elmir Qarayev, növbətçi sürücü polis serjantı Urfan Babayev ilə birlikdə saat 16:30 radələrində həmin ünvana getmişlər. Həmin ünvanda pəncərədən Fəridə Bayramova bildirdi ki, evdə atası sərxoş vəziyyətdə anasını döyür və öldürmək istəyir. Onlar dərhal evin həyətinin darvazasının açıq olduğuna görə həyətə daxil olmuşlar və bu zaman Fəridə Bayramovanın anası Fərqanə Məmmədrzayeva onları qarşılayaraq sadəcə əri Mahirlə aralarında Mahir sərxoş olduğu üçün mübahisələrinin olduğunu və Mahirdən heç bir şikayət, tələbinin olmadığını bildirdi. X3 bildirdilər ki, şikayətinin olmaması barədə ərizə yazsın. Bu zaman Mahir sərxoş vəziyyətdə otaqdan bayıra çıxaraq onlara qarşı nalayiq söyüşlər edərək arvadı ilə birlikdə hücum çəkmiş və həmin vaxtı Şəxs ona qarşı aqressiv formada nalayiq söyüşlər edərək onu hədələyərək onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuş. Bu zaman onları nizam intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hətəkətlərini davam etdirərək arvadı Fərqanə ilə birlikdə onun və əməliyyat qrupunun üzvlərinin üzərinə hücum çəkərək əl və ayaq zərbələri ilə onları vuraraq zor tətbiq etmişlər, Fərqanə evin həyətindən dəmir parçası götürərək polis baş leytenatı Elmir Qarayevi və polis serjantı Urfan Babayevin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur, onların xidməti geyimlərini poqonlarını dartıb qoparmışlar, Fərqanə Məmmədrzayeva sakitləşməyərək yerdən daş parçası götürüb növbətçi hissənin "‘Fiat Doblo” markalı avtomaşınının qabaq və yan şüşələrinə daşla vuraraq şüşəni və maşının sağ qapı hissəsinin detallarını zədələmişdir. Onlar fiziki güc tətbiq edərək onları saxlayıb hərəkətlərinin qarşısını alaraq Şəxs xidməti maşınına mindirib Kəpəz RPİ-nə gətirmişlər. Şəxs Kəpəz RPİ-nin inzibati binasına gətirən zaman və Kəpəz RPİ-nin inzibati binasında növbətçi hissənin qarşısında yenidən özünü qeyri səmimi apararaq ünvansız küçə söyüşlər söyərək onların və növbətçi hissənin məsul növbətçisi polis mayoru İlham Məhərrəmovun qanuni tələbinə məhəl qoymayaraq növbətçi hissənin iş fəaliyyətini yarım saat pozmuşdur. Məhkəmə iclasında r şahid qismində dindirilmiş Kəpəz RPİ-nin sahə rəisi X12 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 16:14 dəqiqədə Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Fəridə Bayramova DİN-in 102 xidmətinə müraciət edərək yaşadığı Məhsəti qəsəbəsi 20-ci küçədə yerləşən evdə atası Şəxs anası X1 döyməsi, onu öldürmək istəməsi barədə məlumat verərək təcili polisin gəlməsini bildirdiyindən Kəpəz RPİ-nin məsul növbətçi əvəzi polis mayoru İlham Məhərrəmovun göstərişi əsasında əməliyyat istintaq qrupunun üzvləri, polis mayoru Asəf Musayev, növbətçi sürücü polis serjantı Urfan Babayev ilə birlikdə saat 16:30 radələrində həmin ünvana getmişlər. Həmin ünvanda pəncərədən Fəridə Bayramova bildirdi ki, evdə atası sərxoş vəziyyətdə anasını döyür və öldürmək istəyir. Onlar dərhal evin həyətinin darvazasının açıq olduğuna görə həyətə daxil olmuşlar və bu zaman Fəridə Bayramovanın anası Fərqanə Məmmədrzayeva onları qarşılayaraq sadəcə əri Mahirlə aralarında Mahir sərxoş olduğu üçün mübahisələrinin olduğunu və Mahirdən heç bir şikayət, tələbinin olmadığını bildirdi. X3 bildirdilər ki, şikayətinin olmaması barədə ərizə yazsın. Bu zaman Mahir sərxoş vəziyyətdə otaqdan bayıra çıxaraq onlara qarşı nalayiq söyüşlər edərək arvadı ilə birlikdə hücum çəkmişlər. Onları nizam intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hətəkətlərini davam etdirərək arvadı Fərqanə ilə birlikdə onun və əməliyyat qrupunun üzvlərinin üzərinə hücum çəkərək əl və ayaq zərbələri ilə onları vuraraq zor tətbiq etmişlər, Fərqanə evin həyətindən dəmir parçası götürərək onun və polis serjantı Urfan Babayevin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, onların xidməti geyimlərini poqonlarını dartıb qoparmış, Fərqanə Məmmədrzayeva sakitləşməyərək yerdən daş parçası götürüb növbətçi hissənin “Fiat Doblo” markalı avtomaşınının qabaq və yan şüşələrinə daşla vuraraq şüşəni və maşının sağ qapı hissəsinin detallarını zədələmişdir. Onlar fiziki güc tətbiq edərək onları saxlayıb hərəkətlərinin qarşısını alaraq Şəxs xidməti maşına mindirib Kəpəz RPİ-nə gətirmişlər. Şəxs Kəpəz RPİ-nin inzibati binasına gətirən zaman və Kəpəz RPİ-nin inzibati binasında növbətçi hissənin qarşısında yenidən özünü qeyri səmimi apararaq ünvansız küçə söyüşlər söyərək onların və növbətçi hissənin məsul növbətçisi polis mayoru İlham Məhərrəmovun qanuni tələbinə məhəl qoymayaraq növbətçi hissənin iş fəaliyyətini yarım saat pozmuşdur. Məhkəmə iclasında digər şahid qismində dindirilmiş Kəpəz RPİ-nin növbətçi hissəsinin növbətçi sürücüsü X10 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 16:14 dəqiqədə Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Fəridə Bayramova DİN-in 102 xidmətinə müraciət edərək yaşadığı Məhsəti qəsəbəsi 20-ci küçədə yerləşən evdə atası Şəxs anası X1 döyməsi, onu öldürmək istəməsi barədə məlumat verərək təcili polisin gəlməsini bildirdiyindən Kəpəz RPİ-nin məsul növbətçi əvəzi polis mayoru İlham Məhərrəmovun göstərişi əsasında əməliyyat istintaq qrupunun üzvləri, polis baş leytenantı Elmir Qarayev, təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Asəf Musayevlə birlikdə saat 16:30 radələrində həmin ünvana getmişlər. Həmin ünvanda pəncərədən Fəridə Bayramova bildirdi ki, evdə atası sərxoş vəziyyətdə anasını döyür və öldürmək istəyir. Onlar dərhal evin həyətinin darvazasının açıq olduğuna görə həyətə daxil olmuşlar və bu zaman Fəridə Bayramovanın anası Fərqanə Məmmədrzayeva onları qarşılayaraq sadəcə əri Mahirlə aralarında Mahir sərxoş olduğu üçün mübahisələrinin olduğunu və Mahirdən heç bir şikayət, tələbinin olmadığını bildirdi. X3 bildirdilər ki, şikayətinin olmaması barədə ərizə yazsın. Bu zaman Mahir sərxoş vəziyyətdə otaqdan bayıra çıxaraq onlara qarşı nalayiq söyüşlər edərək arvadı ilə birlikdə hücum çəkmişlər. Bu zaman onları nizam intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək arvadı Fərqanə ilə birlikdə onun və əməliyyat qrupunun üzvlərinin üzərinə hücum çəkərək əl və ayaq zərbələri ilə onları vuraraq zor tətbiq etdilər, Fərqanə evin həyətindən dəmir parçası götürərək polis baş leytenantı Elmir Qarayevi və onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, onların xidməti geyimlərini poqonlarını dartıb qoparmış, Fərqanə Məmmədrzayeva sakitləşməyərək yerdən daş parçası götürüb növbətçi hissənin “Fiat Doblo” markalı avtomaşınının qabaq və yan şüşələrinə daşla vuraraq şüşəni və maşının sağ qapı hissəsinin detallarını zədələmişdir. Onlar fiziki güc tətbiq edərək onları saxlayıb hərəkətlərinin qarşısını alaraq Şəxs xidməti maşına mindirib Kəpəz RPİ-nə gətirmişlər. Şəxs Kəpəz RPİ-nin inzibati binasına gətirən zaman və Kəpəz RPİ-nin inzibati binasında növbətçi hissənin qarşısında yenidən özünü qeyri səmimi apararaq ünvansız küçə söyüşləri söyərək onların və növbətçi hissənin məsul növbətçisi polis mayoru İlham Məhərrəmovun qanuni tələbinə məhəl qoymayaraq növbətçi hissənin iş fəaliyyətini yarım saat pozmuşdur. Məhkəmə iclasında digər şahid qismində X2 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə qızı Fəridə Bayramovanın ad gününə hazırlıq edən zaman əri Şəxs spirtli içki qəbul etmişdir. Söhbət zamanı əri Şəxs qızı Fəridə Bayramovaya demişdir ki, DİN-in 102 xidmətinə zəng etsəm nə deyərsən deyə soruşmuş, həmin vaxtı qızı Fəridə Bayramova atasının anasını döydüyünü və öldürəcəyini deyəcəyini bildirmiş, həmin vaxt əri Şəxs öz mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng etdiyi üçün qızının səsi qeydə alınmışdır. Bundan sonra polis əməkdaşları onların yaşadığı evə gəlmiş, o, polis əməkdaşlarını qarşılamışdır. Polis əməkdaşları ona mübahisə baş verməsi ilə bağlı DİN-in 102 xidmətinə zəng edildiyi bildirilmişdir. O da əri Şəxsla yalnız mübahisə etdiklərini, Şəxs qarşı şikayətinin olmadığını və ərinin evdə yatdığını bildirmişdir. Polis əməkdaşları ona şikayətinin olmaması barədə ərizə yazmasını təklif etmiş, bu zaman əri Şəxs yatdığı otaqdan çıxaraq polis əməkdaşlarını görmüş və əsəbiləşərək onlarla mübahisə etmişdir. Həmin vaxt onlarla polis əməkdaşları arasında mübahisə və səs haray olmuşdur. Bundan sonra polis əməkdaşları əri Şəxs fiziki güc tətbiq etməklə polis avtomobilinə mindirərək polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında dindirilmiş X6 izahatında bildirdi ki, o, DİN-in 102 xidmətinə zəng etməmişdir. Onun ad gününə hazırlaşdıqları zaman atası spirtli içki qəbul etmiş, atası ilə söhbət zamanı DİN-in 102 xidmətinə zəng etsəm nə deyərsən deyə atası ondan soruşmuş, həmin vaxtı o, DİN-in 102 xidmətinə zəng edib atasının anasını döydüyünü və öldürəcəyini deyəcəyini bildirmiş, həmin vaxt atası öz mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng etdiyi üçün onun səsi qeydə alınmışdır. Polisi pəncərədən görüb bu barədə atasına xəbəri o vermişdir. İşdə olan inzibаti qаydаdа tutmа hаqqındа xx.xx.2020-ci il tarixli prоtоkоldаn görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:55-də inzibаti qаydаdа tutulmuşdur. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 958/2020 nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olması qeyd olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:14-də X8 DİN-in 102 xidmətinə müraciət edərək yaşadığı Məhsəti qəsəbəsi 20-ci küçədə yerləşən evdə atasının anasını döyməsi, onu öldürmək istəməsi barədə məlumat verərək polisin gəlməsini bildirmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf edici izahatı, şahidlərin ifadəsi, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı törədərkən sərxoş olması ağrılaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs törədiyi əməldən səmimi peşman olmasını onun barəsində yüngülləşdirici hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun bаrəsində dаhа ciddi inzibаti tənbeh hesаb edilən inzibаti həbs tənbehi tətbiq etməyi məqsədə müvаfiq hesаb edir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, ağırlaşdırıcı və yüngülləşdirici halı, heç bir yerdə işləməməklə maddi imkanının olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törətdiyi inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx xxxx 2020-ci il tаrixdən, sааt 16:55-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X11 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-453/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-453/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver