Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-461/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 14.04.2021-ci il tarixdə saat 16:00 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi “VAZ 21102 minik” markalı, **-DF-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Rəfibəyli küçəsi ilə üzü Ü.Hacıbəyov küçəsi istiqamətinə doğru hərəkətdə olan zaman hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə toqquşmuşdur. Nəticədə mopedin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, idarə etdiyi “VAZ 21102” minik markalı, **-DF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur həmin avtomobili sürücülük hüququ olduğundan etibarnamə əsasında idarə etmişdir. 14.04.2021-ci il tarixdə saat təxminən 16 radələrində idarə etdiyi avtomobillə Rəfibəyli küçəsi ilə üzü Ü.Hacıbəyov istiqamətə doğru saatda təxminən 50-60 k/m surəti ilə gedən zaman onun hərəkətdə olduğu markasını xatırlamadığı bir avtomobil getmişdir. O, həmin qarşı tərəfdə hərəkətdə olan avtomobili ötmə əməliyyatına başlamaq istəyən zaman, qarşı tərəfdən sol zolaqla bir avtomobil gəlmiş, həmin avtomobilin görməyib ötmə əməliyyatına başlamaq istəyən zaman həmin avtomobilin arxa tərəfindən bir moped qəflətən çıxaraq onun avtomobilи mopedin hərəkətdə olduğu qarşı zolaqda мопедля toqquşmuşdur. Hadisə nəticəsində mopedin sürücüsü sonradan adı Orxan kimi ona məlum olan şəxs xəsarət aldığı üçün Gəncə şəhər 3 saylı xəstəxanaya müraciət etmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, idarə etdiyi “Muravey” markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan moped ona məxsusdur, həmin mopedi ,o, sürücülük hüququ olmasa da ailə vəziyyəti ilə əlaqədar olaraq idarə etmişdir. 14.04.2021-ci il tarixdə saat təxminən 16 radələrində idarə etdiyi mopedlə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə üzü köhnə maşın bazarı adlanan əraziyə doğru saatda təxminən 30-40 surəti ilə hərəkət etmişdir. Qəflətən hərəkətdə olduğu zolağa bir avtomobil ötmə əməliyyatı apararaq çıxmışdır. Hadisə ani bir anda baş verdiyi üçün heç bir qabaqlayıcı tədbir görə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs тяряфиндян она дяйян зярярин юдянилдийини və ondan şikayətçi olmadığını bildirdi. İnzibati materiala əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28.04.2021-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İnzibati materiala əlavə olunmuş 07.05.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş ”Məhkəmə-Tibbi Ekspertiza və X1” tərəfindən verilmiş 379 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər 14.04.2021-ci il tarixə uyğun gəlir və “Yüngül” zərərvurmaya aid edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi məqsədi ilə barəsində inziati cərimə tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,112,114,115,117,128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-461/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-461/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver