Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-462/2021 01.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Saatlı Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(055)-298/20 nömrəli icra vərəqəsinə əsasən Şəxs 22.01.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tarverdiyeva (Məmmədova) Nərgiz Vahid qızının xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etmədiyi üçün nəticədə 1860 (bir min səkkiz yüz altmış) manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(055)-298/20 nömrəli icra sənədinə əsasən borclu Şəxs 22.01.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Tarverdiyeva (Məmmədova) Nərgiz Vahid qızının xeyrinə ödənilməsi qət edilmişdir. Borcluya xəbərdarlıqlar verilməsinə baxmayaraq borcunu ödəməmişdir. Halhazırda boclunun 1860 manat aliment borcu vardır. Borclu Şəxs icra sənədi üzrə olan 1860 manat aliment borcunu ödəməmişdir. Hazırda borclu yenə də borcundan ödəniş etmir və icra sənədinin icrasından dolayı yolla boyun qaçırır. Belə ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından boyun qaçırmaqda davam edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığından icra sənədi üzrə alimenti ödəyə bilməmişdir. İmkan daxilində həmişə ödəniş etmişdir. Mövcud karantin rejimi də onun maddi vəziyyətinə mənfi təsir göstərmişdir. Hazırda evlidir və 3 övladı vardır. Onların saxlanılması da onun öhdəliyindədir. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Tələbkar Tarverdiyeva (Məmmədova) Nərgiz Vahid qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(055)-298/20 nömrəli, icra vərəqəsindən görünür ki, borclu Şəxs 22.01.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tarverdiyeva (Məmmədova) Nərgiz Vahid qızının xeyrinə ödənilməsi qət edilmişdir. 01.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs oğlu icra sənədini icra etməkdən boyun qaçırmış nəticədə 1860 (bir min səkkiz yüz altmış) manat aliment borcu qalmışdır. 25.05.2021-ci il tarixli bildirişin surətindən görünür ki, borclu borcu ödəməsi barədə icra idarəsinə dəvət edilmişdir. 31.05.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, borclu Şəxs oğluna icra sənədini icra etməsi barədə xəbərdarlıq edilmişdir.Əks halda inzibati məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs oğlunu inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 01.07.2021-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-462/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-462/2021
01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver