Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-462/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə Şəxs оğlunun Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsindən daхil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İХM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Gəncə şəhər DYP Şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Protokoldan və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, Şəxs xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsinə əsasən 50 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Şəxs hərəkətlərində İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı qərardan görünür ki, A.X1 markalı 90DF349 dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmədən idarə etdiyinə görə İXM-in 339.1-1-ci maddəsi ilə əlli manat məbləğində cərimə edilmişdir. Həmin qərarda mövcud olan fotoşəkildən də görünür ki, fotoşəkildəki nəqliyyat vasitəsi “Hyundai” markalı deyildir və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi 90DF348-dir. İşin məhkəmə baxışı zamanı “Asanpay” ödəniş sistemi vasitəsilə yoxlama zamanı məlum olmuşdur ki, EQ ******* nömrəli inzibati xəta haqqında protokol mövcud deyildir. Göründüyü kimi EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar hazırda qüvvədə deyildir. Belə olan halda qüvvədən düşmüş qərarla tətbiq edilmiş cərimənin ödənilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaratmır. Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.3-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 53, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs оğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim еdildiyi və yа аlındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Аpеllyаsiyа Məhkəməsinə şikаyət vеrilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-462/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-462/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver