Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-466/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi оğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8 Emalı” X4 nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs X8 Emalı ASC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daхil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən hüquqi şəxs “X8 Emalı” ASC barəsində Azərbaycan Respublikası İХM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, “X8 Emalı” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan Daimler Chrysler S 230 markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı təqdim etməmişdir. Bunun nəticəsində hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8 Emalı” X4 nümayəndəsi X2 bildirdi ki, həqiqətən də Daimler Chrysler S 230 markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X8 Emalı” X4 mülkiyyətindədir. Hüquqi şəxsin ünvanına çoxsaylı məktublar gəlir və əksər hallarda məktubları cəmiyyətdə çalışan mühafizəçisi qəbul edir. Bu səbəbdən mühafizəçi unudaraq, məktubu rəhbərliyə təqdim etməmişdir. Gələcəkdə belə halların təkrar olunmayacağını bildirərək məhkəmədən hüquqi şəxs barəsində tənbeh tətbiq edilməməsini xahiş edir. İş mаtеriаllаrındа оlаn və məhkəmə bахışındа tədqiq еdilmiş: Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında X3 çıxarışdan məlum olur ki, “X8 Emalı” ASC 12 saylı X7 tərəfindən qeydə alınmış, ona ********** VÖEN verilmiş, hüquqi ünvanı ünvan 2 yerləşir. xx.xx.2020-ci il tarixli bildirişin surətindən məlum olur ki, “X8 Emalı” ASC-yə xx.xx.2020-ci il tarixdə onun mülkiyyətində olan Daimler Chrysler S230 markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə 5 gün müddətində məlumatın verilməsi xahiş olunmuş, bu məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir; Poçt xəbərnaməsinin surətindən məlum olur ki, Gəncə şəhər DYPŞ tərəfindən “X8 Emalı” ASC-yə ünvanlanmış məktub xx.xx.2020-cu il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza atmaqla qəbul edilmişdir. Məhkəmə iclasda iştirak edən hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, “X8 Emalı” ASC tərəfindən İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də “X8 Emalı” ASC İXM-in 347-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbеh еdilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 123.1-123.3-cü maddələrinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 347-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X8 Emalı” X6 (VÖEN **********) Аzərbaycan Respublikası İnzibаti Хətаlаr Məcəlləsinin 347-ci mаddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-466/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-466/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver