Məhkəmə qərarları › İş №3(043)-472/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-472/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-472/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən daxil olmus inzibati materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində 05.07.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 03.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkaloji Dispanserdə yoxlama zamanı Şəxs bədənində narkotik maddə izləri aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 10 gün bundan əvvəl narkotik vasitə istifadə etmişdir. Hazırda hərəkətindən peşmandır və bir daha belə hallara yol verməyəcəyini bildirdi. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquluyev tərəfinqdən qəul olunmuş 04.07.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin İTB-yə göstərilmişdir. 04.07.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğl 04.07.2021-ci il tarixdə saat 13:15-də inzibati qaydada tutulmuşdur. 05.07.2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 03.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkaloji Dispanserdə yoxlama zamanı Şəxs bədənində narkotik maddə izləri aşkar edilmişdir. Məhkəmə iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini digər xüsusiyyətlərini, Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıb inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1973-cü ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “xxxx” MMC-də mühafizə xidmətinin rəisi müavini işləyən, Xocalı şəhərində qeydiyyatda olmaqla Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 8, mənzil 26 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar