Məhkəmə qərarları › İş №3(043)-473/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-473/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-473/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X6 tərəfindən qəbul olunmuş 09 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarından X8 oğlunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 oğlu Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X2 tərəfindən 09 iyun 2021-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09 iyun 2021-ci il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikasının İXM-nin 210.1ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmin qərarla fiziki şəxs kimi 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş həmin qərar qeyri qanuni olduğundan ləğv olunmalıdır. O, 2000-ci il tarixdən Azərbaycan küçəsi 47 saylı ünvanda yerləşən obyektdə lisenziya əsasında (stomatoloq) tibb fəaliyyəti ilə məşğul olmuşdur. Lakin 2015-ci il tarixdə lisenziyanın vaxtı bitdiyindən fəaliyyətini dayandırmışdır. Hal-hazıradək də fəaliyyət göstərmir. Faktiki olaraq onun hərəkətində inzibati xəta tərkibi olmadığı halda barəsində əsassız olaraq qərar qəbul olunmuş və inzibati məsuliyyətə cəlb olunmuşdur. Tərtib olunmuş qərara görə guya o, həmin obyektdə lisenziyası olmadığı halda tibb fəaliyyəti ilə məşğul olmuşdur. Halbuki, o, heç bir tibb fəaliyyəti ilə məşğul olmamışdır. Sadəcə həmin vaxt obyektdə təmizlik işləri ilə məşğul olmuş, buna baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin işçiləri tərəfindən 09 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında əsassız qərar qəbul olunmuşdur. Qəbul edilmiş qərar tamamilə qanunsuzdur. Belə ki, o heç bir tibb fəaliyyəti ilə məşğul olmamış, bunu təsdiq edəcək heç bir hal şahidi də olmamışdır. Ona görə də, onun hərəkətində inzibati xəta hadisəsi olmadığından qeyd olunan qərar ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati protokol və qərar qanunsuz tərtib edildiyi üçün qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İş materiallara əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə nazirinin müavini X2 tərəfindən 09 iyun 2021-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə (lisenziya olmadan özəl tibbi fəaliyyəti ilə və ya əczaçılıqla məşğul olmağa görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 (iki min) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 12 iyul 2021-ci il tarixdə X3 verilmiş arayışından görünür ki, təqdim edilmiş sadələşmiş vergi bəyannamələrinə əsasən 01.01.2021-ci il tarixdən 01.07.2021-ci il tarixədək olan dövrdə fəaliyyətinin və dövriyyə barədə məlumatların olması aşkar olunmamışdır. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan normaya əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə düşsə də, həmin orqan məhkəməyə X1 İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut (tibbi xidmətin göstərildiyi şəxs (şəxslər) barədə məlumatlar, onların izahatları, qəbz, müqavilə və s.) təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, M.Zamanovun şikayəti təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini tərəfindən qəbul olunmuş 09 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X4 tərəfindən qəbul olunmuş 09 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar