Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-475/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Nurəddin oğlunun iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 mənzil 133 ünvanında qeydiyyatda olan Şəxs Nurəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Gəncə şəhəri BPİ-nin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Gəncə şəhəri BPİ-nin Dövlət Yol Polis Şöbəsindən Şəxs Nurəddin oğlu barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Nurəddin oğlunun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2019-cu il tarixdə saat 23:10:34-də YFANG YF200ZH-E motosikl markalı, 20-A-030 Dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2019-cu il tarixli ******* nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 337.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nurəddin oğlu izahatında göstərdi ki, barəsində intizabati tənbeh vermə haqqında qərarı almış, lakin maddi imkanı olmadığından cəriməni bu günədək ödəməmişdir, hazırda cəriməni ödəməsi imkanı xaricindədir. Gəncə şəhəri BPİ-nin Dövlət Yol Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nurəddin oğlu xx.xx.2019-cu il tarixdə saat 23:10:34-də YFANG YF200ZH-E motosikl markalı, 20-A- 030 Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 337.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir; xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nurəddin oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə olan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur və inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Şəxs Nurəddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 (iki yüz) manat miqdarında cərimə olunması barədə qərar xx.xx.2019-cu il tarixdə çıxarılmış və qərar qanuni qüvvəyə minmişdir. Həmin tarixdən 3 aydan artıq müddət ötmüş, lakin Şəxs Nurəddin oğlu qanuni qüvvəyə minmiş qərarın icrasını həyata keçirməmişdir. Belə ki, Şəxs Nurəddin oğlu tərəfindən xx.xx.2019-cu il tarixdə törətdiyi inzibati xətaya görə cərimənin ödənilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə baxışı zamanı inzibati xəta törətmiş Şəxs Nurəddin oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında tədqiq olunan sübutlara və iş materiallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Nurəddin oğlu Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Ona görə də o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə, Şəxs Nurəddin oğlu barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona istinad edilən maddəninsanksiyasının aşağı həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Nurəddin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-475/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-475/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver