Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-482/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə; xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, ailəli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsində 12.07.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 17.06.2021-ci ildə X2 döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, zərərçəkmiş şəxsi döyməmişdir. Belə ki, X3 17.06.2021-ci ildə onların yaşadığı ünvana gələrək səs küy salmışdır. Həmin vaxt o, evdə olmamışdır. Aynurə Qəhrəmanova əsassız olaraq ondan şikayət etmişdir. Barəsində tərtib olunan protokolun əsassız olduğunu göstərərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 ifadəsində göstərdi ki, oğlunu axtararkən Şəxs yaşadığı ünvanda mübahisə zamanı onu lomla sağ kürəyindən vurmuşdur. Ondan şikayətçidir və barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş eti. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, Aynurə Qəhrəmanova ilə həm qonşu həm iş yoldaşıdırlar. Belə ki, təxminən bir ay bundan əvvəl Aynurə ilə Tovuz rayonuna gedən zaman Aynurəyə zəng gəlmiş və oğlunun özünü öldürmək istədiyini bildirmişlər. Bu zaman onlar geri dönmüş və Elşəngilə gəlmişlər. O avtomaşından düşməmiş və aralıda maşında olmuşdur. Aynurə qapını açmış və bu zaman o, aralıdan bir kişinin əlində olan dəmir boru ilə Aynurəni vurduğunu görmüşdür. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, , Şəxs ilə qonşudurlar. Aynurəni isə tanımır. 17.06.2021-ci il tarixdə Elşənin qızının ad günü olmuşdur. O, ad günündə iştirak etməmiş lakin həmin gün mübahisə səsi eşidərək evdən çölə çıxarkən Aynurənin və Elşənin arvadının mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Elşəni orada görməmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Elşən onun ərinin əmisi oğludur. Aynurəni isə tanımır. 17.06.2021-ci ildə Elşənin qızının ad günündə iştirak etmiş, ad günü qurtarandan sonra evinə getmişdir. Sonra Eşitmişdir ki, Elşən gilin evinin həyətində səs küy gəlir. Səs küyə çıxanda görmüşdür sonradan adını tanıdığı Aynurə adlı qadın həyətdə səs-küy salır. Həmin günü Elşəni evdə görməmişdir. Məhkəmə iclasında şahid X6 şahid X8 ilə oxşar ifadə vermişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X7» tərəfindən verilmiş 18.06.2021-ci il tarixli 934 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol bazu nahiyəsinin qançırı-bərk küt əşyanın nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni 17.06.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iş materiallarını araşdıraraq işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən X2 döyməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə dindirilmiş şahid ifadələrindən müəyyən olundu ki, hadisə olan gün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs evdə olmamışdır. Zərərçəkmiş şəxsin vəsatəti üzrə dindirilən şahid X4 da ifadəsində hadisə olan günü avtomaşından düşməməsini aralıdan bir kişinin əlində olan dəmir boru ilə Aynurəni vurmasını gördüyünü göstərmişdir. Bununla yanaşı zərərçəkmiş şəxs. A.Qəhrəmanova barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxsin dəmir boru ilə onun belindən vurduğunu göstərsə də ekspert rəyində onun bədəni üzərində müəyyən edilmiş xəsarətin sol bazu nahiyəsinin qançırının bərk küt əşyanın nəticəsində əmələ gəldiyi göstərilmişdir. İXM-in 3-cü maddəsinə əsasən nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXMin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəfa haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1,112,114,115,117 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-482/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-482/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver