Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-483/2021 29.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Murad-Abit” MMC-in nümayəndəsi X3 və protokol tərtib etmiş şəxs X7 Xidməti Gəncə regional X7 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7i xidməti Gəncə regional X7i idarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7i xidməti Gəncə regional X7i idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Gəncə şəhəri, Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində avtomobil təmiri məntəqəsində 29.06.2021ci il tarixdə yanğın texniki müayinə zamanı YTQN № 01-2001, bənd 1.9.4, bənd 9-1 pozulması aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında bildirdi ki, Gəncə Regional X7i İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMCyə məxsus avtomobil təmiri məntəqəsində plan üzrə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı bir neçə qanun pozuntuları aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, hazırda Şəxs MMC tərəfindən yol verilmiş pozuntular aradan qalxdığından Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-in nümayəndəsi X6 izahatında bildirdi ki, Şəxs MMC-yə məxsus avtomobil təmiri məntəqəsində 29.06.2021-ci il tarixdə yanğıntexniki müayinə aparılmışdır. Müayinə zamanı aşkar olunan nöqsanlarla bağlı protokol tərtib olunmuşdur.Hazırda edilmiş xəbərdarlıqdan sonra nöqsanlar tam aradan qaldırılmışdır.İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yanğın təhlükəsizliyi qaydalarının” 2.5-ci bəndində göstərilir ki, bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün «köçürmə» planların işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır. Həmin Qaydaların 9.1-ci bəndində göstərilir ki, yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlıehtiyat tə`miri (TX və PET) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq həyata keçirilməlidir. TX və PET xüsusi tə`lim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 04.02.2014-cü il tarixli X2 X5 Aktından görünür ki, Şəxs MMC-yə məxsus avtomobil təmiri məntəqəsində yanğın əleyhinə avtomatik xəbərvermə (siqnalzasiya) sisteminin montaj işləri standartlara uyğun olaraq tam yerinə yetirilmişdir. Göründüyü kimi, hazırkı halda Şəxs MMC-yə məxsus Gəncə şəhəri, Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində avtomobil təmiri məntəqəsində inzibati xəta haqqında protokolda qeyd edilən nöqsanların olmaması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən pozuntuların hazırda mövcud olmaması müəyyən olunduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-483/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-483/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver