Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-484/2020 30.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, 12 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, müəyyən etdim: 12 saylı Ərazi Vergilər Baş İdarəsindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2020-ci il tarixdə 16:20-də Gəncə şəhəri, Atatürk prospekti, 259 ünvanında yerləşən Şəxs MMC-nin istifadəsində olan “95” aptek də epidemiya əleyhinə rejiminin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı aşkar olunmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Şəxs MMC-yə məxsus olan “95” aptekin ünvanı Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 259-dur. Şəxs MMC-yə məxsus “95” aptek barəsində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması barədə inzibati xəta haqda protokol Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 259 ünvanında aşkar edilərək tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 110,112, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 12 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(043)-484/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-484/2020
30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver