Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-485/2021 29.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 və qərarından şikayət verilmiş şəxs Göygöl rayon Polis Şöbəsi dövlət yol poils bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakı ilə, X1 Göygöl rayon Polis Şöbəsi dövlət yol poils bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən barəsində qəbul olunmuş 09.07.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsi dövlət yol poils bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul olunmuş 09.07.2021-ci il tarixli TP 44762982 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 60 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X3 şikayət verərək qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək göstədi ki, 09.07.2021-ci il tarixdə saat 16:50 radələrində Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində idarə etdiyi 10RT630 dövlət nömrə nişanlı avtomobili Göygöl rayonu yol polisinin əməkdaşı qanunsuz olaraq saxlamışdır. O, Göygöl rayon yol polisinin Gəncə şəhəri ərazisində yol patrul xidməti həyata keçirmək səlahiyyətinin olmaması barədə öz etirazını bildirmişdir. Yol polisi əməkdaşı hər hansı protokol və ya qərarın surətini ona təqdim etmədən bildirmişdir ki, «gedə bilərsən». Halbu ki, barəsində tərtib olunmuş protokola öz etirazını bildirsə də bundan təxminən 1 saat sonra SMS vasitəsi ilə 60 manat inzibati qaydada cərimə olunması barədə ona məlumat verilmişdir. Hesab edir ki, onun barəsində qərar qəbul olunarkən yol patrul xidməti əməkdaşı ərazi qaydalarını kobud surətdə pozduğu üçün qərar ləğv olunmalıdır. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Göygöl rayon Polis Şöbəsi dövlət yol poils bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X4 şikayəti qəbul etməyərək göstərdi ki, şikayətçi X3 09.07.2021-ci il tarixdə saat 16:27-də Göygöl rayonu Hacıkənd-Toğanalı yolunda Toyota Land-Crusıer Prado minik markalı ** RT *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Sürücü A.Aslanov yol hərəkəti haqqında qaydanın Gəncə şəhəri Kəpəz rayonu ərazisində pozulduğunu mübahisələndirsə də o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını Hacıkənd-Toğanalı yolunun Göygöl rayonu Aşıqlı kəndi ərazisində pozmuşdur. Şikayətin əsassız olduğunu və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs tərəfindən təqdim edilmiş videodiskə baxış keçirərkən müəyyən olundu ki, X3 09.07.2021-ci il tarixdə saat 16:27-də Göygöl rayonu Hacıkənd-Toğanalı yolunun Göygöl rayonu Aşıqlı kəndində Toyota Land- Crusıer Prado minik markalı ** RT *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsi dövlət yol poils bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul olunmuş 09.07.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayətçi X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi təqdim olunmuş materillarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsi dövlət yol poils bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş 09.07.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsi dövlət yol poils bölməsinin yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş 09.07.2021-ci il tarixli, TP4476298 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-485/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-485/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver