Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-486/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Sevinc» şadlıq sarayında inzibatçı işləyən, ünvan 1 ünvanında aşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 14.07.2021-ci il tarixdə inzibatçı işlədiyi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Sevinc» şadlıq sarayında 150 nəfərdən ibarət toy mərasimi təşkil etməli olduğu halda 163 nəfərdən ibarət toy məclisi təşkil etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Sevinc» şadlıq sarayında inzibatı işləməklə toy mərasimində iştirak edən şəxslərin sayına nəzarət onun tərəfindən həyata keçirilir. Lakin toy mərasiminin sahibinə qonaqların 150 nəfərdən artıq olmaması və bunun qadağan olunduğunu bildirsə də toy şənliyi başlayanda qarışıqlıq olduğu üçün nəzarət edə bilməmişdir. Polis əməkdaşları tərəfindən yoxlama aparılarkən toyda iştirak edən şəxslərin sayı 163 nəfər aşkar olunmuşdur. Əməlindən peşiman olduğunu və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati materiala əlavə olunmuş 14.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.07.2021-ci il tarixdə inzibatçı işlədiyi Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Sevinc» şadlıq sarayında 150 nəfərdən ibarət toy mərasimi təşkil etməli olduğu halda 163 nəfərdən ibarət toy məclisi təşkil etmişdir. İnzibati materiala əlavə edilmiş inzibati xəta haqqında protokollardan və inzibati tənbeh vermə haqqında qərarların surətindən görünür ki, «Sevinc» şadlıq sarayının digər əməkdaşları da 12 iyul 2021-ci il tarixdə karantin qaydalarını pozduqları üçün inzibati məsuliyyətə cəlb olunmuşlar. İnzibati materiala əlavə olunmuş 14.07.2021-ci il tarixli, ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xətanın qarşısının alınması məqsədi ilə Şəxs 14.07.2021-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarından görünür ki, 2021-ci il iyulun 1-dən etibarən (toy, nişan, ad günləri və s.) mərasimlərin keçirilməsinə 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakına icazə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə protokollaşdırılmışdır. İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Şəxs törədilmiş inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs işlədiyi şadlıq sarayının əməkdaşlarının karantin qaydalarının pozulmasını görə inzibati məsuliyyətə cəlb olunmalarına baxmayaraq yenidən özünün karantin qaydasını pozmasını nəzərə alaraq onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Sevinc» şadlıq sarayında inzibatçı işləyən, ünvan 1 ünvanında aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14.07.2021-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-486/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-486/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver