Məhkəmə qərarları › İş №3(043)-488/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-488/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-488/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Tovuz rayonu Qəribli kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli, 2(043)-5168/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etmədiyi üçün nəticədə 3605 (üç min altı yüz beş) manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında göstərdi ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli, 2(043)-5165/2018 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs Məhəmməd adlı uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay cəmi 150 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borcun ödənilməsi tələb edilmiş,lakin borclu icra sənədində göstərilən borcundan hissə- hissə ödəniş etməyi bildirmişdir və bu günə 3605 manat borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi müharibə veteranı olmaqla ayda 80 manat müavinət alı rvə həmin müavinət pulunun üzərinə də 20 manat əlavə edərək hər ay 100 manat aliment ödəyir. Heç bir yerdə işləmir və aylıq başqa gəliri və qazancı yoxdur. Hərdən bir yoldaşların xahişi ilə şəhərdaxili nəqliyyatda 14 nömrəli marşrut üzrə avtobusu sürərək arabir cüzi qazanc əldə edir. Hər ay 100 manatdan artıq ödəniş etməyə imkanı yoxdur. İş axtarmaq üçün məşğulluq mərkəzinə müraciət etmiş lakin yaşı çox olduğu üçün müvafiq işlə təmin olunması mümkün olmamışdır. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs şəhərdaxili nəqliyyatda 14 nömrəli «Gülüstan» xətti üzrə avtobusda sürücü işləyir və ayda kifayət qədər qazanc əldə edir. Alimentin hər ay 150 manat kəsilməsinə baxmayaraq təyin olunan vaxtdan 100 manatdan artıq ödəniş etməmişdir. Alimenti ödəməkdən qərəzli olaraq yayındığı üçün barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli, 2(043)-5168/2018 nömrəli icra vərəqəsindən görünür ki, borclu Şəxs hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. 15.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs oğlu icra sənədini icra etməkdən boyun qaçırmış nəticədə 3605 manat aliment borcu yaranmışdır. 13.02.2019-cu il tarixli və 12.02.2021-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, borcluya alimentin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs oğlunun əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 15.07.2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar