Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-489/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 7 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2020-ci il tarixdə istifadəsində olan Renault Clıo minik markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində atasına məxsus olan avtomobilə atası ilə birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsindən çıxıb yaşadığı evə getmək istəyirmişdir. O, idarə etdiyi avtomobilə Gəncə şəhəri S.Əliyev küçəsi ilə Poçt qəsəbəsi adlanan istiqamətdə hərəkətdə olarkən avtomobildə qabaq oturacaqda atası, arxa oturacaqda isə Orxan Kazımov bibisi ilə oturmuşdular. İdarə etdiyi avtomobili Poçt qəsəbəsi istiqamətində hərəkətdə olarkən mobil telefonuna zəng gəlmişdir. O, ona görə şəhər istiqamətinə qayıtmalı oldmuşdur. O, görmüş ki, qarşı tərəfdən avtomobil gəlmir, ancaq arxadan avtomobil gəlib-gəlməməsinə telefonla danışdığı üçün fikir verməmişdir. O, idarə etdiyi avtomobillə yolun orta hissəsində qarşı tərəfdən avtomobil gəlmədiyini görüb arxaya doğru dönmə əməliyyatı apararkən artıq yolun çox bir hissəsini dönmüşdü ki, arxadan avtomobil əyləcinin səsini eşitmişdi. O, dərhal idarə etdiyi avtomobilin surətini artırmışdı ki, qəza baş verməsin, lakin o, avtomobilin surətini artırsa da heç cür hadisənin qarşısını ala bilməmişdir. Həmin avtomobil gəlib onun idarə etdiyi avtomobilin arxa sol sürücü tərəfdə olan şin tərəfdən vuraraq toqquşmuşdu. Zərbə nəticəsində avtomobil aşaraq təxminən 40-50 metr asfaltın üzəri ilə sürüşərək gedib avtomobil yolunda dayanmışdır. Avtomobil dayandıqdan sonra o, atası və avtomobildə olan şəxslər avtomobildən yerə düşmüşlər. Hadisə zamanı o, və atası heç bir xəsarət almamış, lakin avtomobildə olan dostu Orxan və Orxanın bibisi xəsarət aldığına görə hadisə yerinə TTYS-nın avtomobili gəlmiş, həkimlər onlara ilk tibbi yardım göstərmiş, Orxan və bibisi TTYS-nın avtomobili ilə xəstəxanaya getmişdilər. Hadisə yerinə polis əməkdaşları gəlmişlər, o, hadisə yerinə baxış keçirilərkən iştirak etmişdir. Onun sərxoşluğu yoxlanılması üçün Narkoloji Dispanserə getmiş, onun sərxoşluğu yoxlanılmış, heç bir spirtli içki qəbul etmədiyi müəyyənləşdirilmişdir. Sonda Şəxs zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində sürücü, xx.xx.2020-cı ildə Gəncə şəhərində anadan olmuş, AR-sı vətəndaşı, Gənncə şəhəri İ.Qasımov küçəsi ev 100-də yaşayan X2 idarə etdiyi Toyota Land-Cruıser minik markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ayıq vəziyyətdə,sürücülük hüququ olmaqla, Gəncə şəhəri S.Əliyev küçəsində sürücü-xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, Gəncə şəhəri D.Qorqud küçəsi ev 33 mənzil 9-da yaşayan Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, idarə etdiyi “Renault Clio” markalı **-ZV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə X1 yüngül dərəcəli xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 605 nömrəli aktından məlum olmuşdur ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarət - alın nahiyəsinin yumşaq toxumalarının əzniyi( qançırı, sıyrığı və şişkinliyi) - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ bəndinin əsasən Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Şəxs hərəkət etdiyi istiqamətdə hərəkətə başlama, manevr etmə qaydasını pozmuş və İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin xəta nəticəsində digər nəqliyyat vasitəsində olan sərnişinin sağlamlığına yüngül xəsarət yetirildiyindən onun hərəkəti İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin maddəyə əsasən İXM-in 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-489/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-489/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver