Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-492/2020 25.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı X4 xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı X7 tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilənəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2020-ci il tarixli ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 bildirdi ki, o kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaqla, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən torpaq sahəsindən səpindən qayıdan zaman, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsindəDYPŞ-nin inspektoru S.Hüseynov tərəfindən saxlanılmış və karantin rejiminin pozulmasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Onun rayonlararası hərəkətinə icazə verilməsi barədə Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi tərəfindən ona xx.xx.2020-ci il tarixdə müvafiq arayış verilmişdir. Lakin buna baxmayaraq, DYPŞ-nin inspektoru sözügedən arayışın saxta olduğunu qeyd etmişdir. Protokolu tərtib edən DYPŞ-nin inspektoru onunkənd təsərrüfatı fəaliyyəti ilə məşğul olduğu nəzərə almamış və protokolu tərtib etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 124 nömrəli qərarını kobud şəkildə pozmuşdur.Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci tarixli İnzibati tənbeh vermə haqqında ******* saylı qərar isə onun iştirakı olmadan qəbul edilmişdir.Bu səbəbdən həmin qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Şikayətə əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi tərəfindən “şəxsin rayonlarası hərəkətinə icazə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X2 təsərrüfatı fəaliyyəti ilə məşğul olmaqla, Gəncə şəhərindən Samux rayonun Əhmədbəyli kəndinə getməsinə icazə verilir. İş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 2,27 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X3 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 126 saylı qərarının əlavəsinin 2.1-ci bəndinə əsasən Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir: 2.1.1. kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət; 2.1.2. heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması; 2.1.3. bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması; 2.1.4. gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnikası və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi; 2.1.5. aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi; 2.1.6. heyvanlar üçün yem satışı məntəqələrinin fəaliyyəti. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən (köhnə redaksiya) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. X3 rayonlararası hərəkətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada icazə verildiyi müəyyən edilmişdir. Lakin hər hansı əsas olmadan YPX inspektoru X3 xüsusi karantin rejimi dövründə rayonlararası hərəkətinə icazə verilməsi ilə bağlı təqdim etdiyi sənədi qəbul etməmiş və onun barəsində İXM-in 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib etmişdir. Məhkəmə araşdırması zamanı V.Abbasovun Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Buna görə də onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 inzibati tənbeh verilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı X4 xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-492/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-492/2020
25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver