Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-494/2020 14.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X5 oğlunun iştirakı ilə, Gəncə şəhər BPİ Dövlət Yol Polisi Şöbəsinin Yol patrul xidmətinin baş inspektoru polis serjantı X3 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 onun İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilənəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 manat inzibati cərimə olunması barədə xx.xx.2020-ci il tarixli TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, “İnzibati tənbeh vermə haqqında” Gəncə şəhər DYPŞ YPXnin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarı ilə barəsində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 200(iki yüz) manat cərimə tətbiq edilmişdir.O həmin qərarlarla razı deyil. Belə ki, xx.xx.2020-ci il tarixdə o sms vasitəsilə icazə götürdükdən sonra öz şəxsi avtomobili evdən çıxmışdır. Gəncə şəhəri 28 may küçəsinin Yeni Gəncə dairəsinə düşən yolda, dairədən çıxan zaman yanından YPX-nin avtomobili ötüb keçmişdi. Həmin vaxt polis əməkdaşlarıonu saxlatmamışlarvə icazəsinin olub-olmamasını soruşmamışdılar. xx.xx.2020-ci il tarixdə axşam saatlarında DYPŞ-nin əməkdaşı qərarı evinə gətirən zaman cərimə olunduğumu öyrənmişdir.Onun evdən çıxmaq üçün icazəsi olmuşdur. O hər hansı bir xəta törətməmişdir. Buna görə də, barəsində olan qərar ləğv edilməlidir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərilənlərdən fərqli izahat verib bildirdi ki,əslində xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinin ərazisində DYP-nın əməkdaşları onun avtomobilini saxlayaraq, xüsusi karantin rejiminə görə sms icazəsinin olub-olmamasını aydınlaşdırmışdır. O polis əməkdaşlarına sms icazəsinin olmadığını, anasını həkimə apardığı üçün tələsdiyini və icazə almadan evdən çıxdığını bildirmişdir. Bununla belə polis əməkdaşları onun xüsusi karantin rejiminin qaydalarını pozduğuna görə, barəsində xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək İXM-nin 221.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə etmişlər. Onun icazə almadan evdən çıxmasını üzrlü hesab edərək qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2020-ci il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 200 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.6-cı bəndinə əsasən yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə “8103” nömrəsinə SMS- məlumat göndərməlidir (SMS – məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 1.6.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 (üç) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 1.6.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə 3 (üç) saat müddətinə gündə 1 dəfə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 rejiminin qaydalarını pozaraq, müvafiq SMS icazə olmadan yaşayış yerini tərk etmiş və beləliklə İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici izahatı və barəsində tərtib edilmiş protokol öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin Yol patrul xidmətinin baş inspektoru polis serjantı X3 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-494/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-494/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver