Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-495/2020 30.07.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Gəncə şəhər Baş Polisi İdarəsinin DYPŞ-nin polis polkovnik-leytenantı X2 xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: X1 şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verərək və ərizəsinə xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əlavə edərək, DYPŞ-nin tərəfindən avtomobilinin saxlanılması qərarının məhkəmə tərəfindən araşdırılmasını xahiş etmişdir. Gəncə şəhər Baş Polisi İdarəsinin DYPŞ-nin polis polkovnik-leytenantı X2 xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat miqdarında inzibati cərimə edilmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Ərizədə DYPŞ-nin tərəfindən avtomobilinin saxlanılması qərarının məhkəmə tərəfindən araşdırılması xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, avtomobilin cərimə meydançasına yerləşdirməsi inzibati tənbeh vermə haqda qərar hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsəinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3- cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İnzibati Xətalar Məcəlləsində yol hərəkət qaydalarının pozulması ilə bağlı inzibati xətalara dair işlər üzrə qəbul edilmiş elektron qərarların çatdırılması İXM-in 125-ci maddəsi ilə tənzimlənir. İXM-in 126-cı maddəsi isə həmin qərarlardan şikayət verilməsi müddətini tənzimləyir. Şikayətçi xx.xx.2020-ci il tarixli qərardan xx.xx.2020-ci il tarixdə şikayət versə də xx.xx.2020-ci il tarixli qərar barədə daha gec məlumatlandırılması ilə bağlı sübut təqdim etməmişdir. Belə ki, qərarın qəbul edildiyi vaxtdan 4 aydan çox vaxt keçmiş, həmin qərarın İXM-in 125.2.2 və ya 125.2.3-cü maddələrinə uyğun olaraq şikayətçiyə nə vaxt verilməsi barədə hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Həmçinin X3 ərizəsində barəsində tərtib edilmiş Gəncə şəhər Baş Polisi İdarəsinin DYPŞ-nin polis polkovnik-leytenantı X2 xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirməməklə yanaşı, nə vaxt almasını göstərməmişdir. Belə olan halda şikayət müddət ötürüldükdən sonra verilmiş hesab edilməlidir. Şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsi şikayətə baxılmasını istisna etdiyindən və buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət verilmədiyindən şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Gəncə şəhər Baş Polisi İdarəsinin DYPŞ-nin polis polkovnik-leytenantı X2 xx.xx.2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(043)-495/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-495/2020
30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver