Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-497/2020 04.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Gəncə Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 mənzil 40 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Şəddadilər küçəsi, Əlillər adlanan bina, ev 26 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Probasiya Şöbəsinin böyük icra məmuru Samir Abdullayevin icra sənədi üzrə borclu Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, Şəxs təyin edilmiş 152 saat ictimai işlər növündə inzibati tənbehi çəkməkdən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Gəncə Probasiya Şöbəsinin böyük icra məmuru Samir Abdullayev tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilənlərlə oxşar məzmunlu izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən 152 saat ictimai işlərə cəlb olunmuşdur. Şəxs təyin olunmuş tənbehin icrası məqsədi ilə xx.xx.2019-cu il tarixdə ona bildiriş göndərilmiş, həmin bildirişi poçt xəbərnaməsinə “Qasımova Aynurə yoldaşı” yazılaraq imza edilərək xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Bundan sonra Şəxs qeydiyyatda olduğu ünvan 1 mənzil 40 ünvanına baxış keçirilmiş, onun həmin ünvanda yaşamadığı bəlli olmuşdur. Daha sonra Şəxs barəsində axtarış elan edilmişdir. Belə ki, İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olduğuna görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, barəsində məhkəmə qərar qəbul edən zaman, o məhkəməyə bildirmişdir ki, ünvan 1 mənzil 40 ünvanında qeydiyyatda olsa da o, faktiki olaraq Gəncə şəhəri, Şəddadilər küçəsi, Əlillər adlanan bina, ev 26 ünvanında yaşayır. Təyin olunmuş tənbehin icrası məqsədi ilə göndərilmiş bildirişin ona çatmadığını bildirdi. Belə ki, Qasımova Aynurə onun keçmiş arvadıdır, aralarında olan nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2018ci il tarixli qətnaməsi ilə pozulmuş, bu səbəbdən icra şöbəsi tərəfindən bildirişin verilməsindən xəbəri olmamışdır. X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən barəsində olan 152 saat ictimai işlər cəzasını çəkməkdən boyun qaçırmır, telefon nömrəsini və yaşadığı ünvanı bildirməyə, qərarın icrası ilə bağlı çağırılacağı yerə getməyə söz verir. Məhkəmədən göstərilənləri nəzərə alıb barəsində İXM-in 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş X8 Rayon Məhkəməsinin 3(043)-346/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona gün ərzində 4 (dörd) saatdan çox olmamaq şərti ilə 152 (bir yüz əlli iki) saat ictimai işlər inzibati tənbeh tədbiri təyin olunmuşdur. Gəncə Probasiya Şöbəsinin böyük icra məmuru Samir Abdullayevin şahidlərin iştirakı ilə tərtib etdiyi, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən 152 saat ictimai işlərə cəlb olunmuş Şəxs qeydiyyatda olduğu ünvan 1 mənzil 40 ünvanına baxış keçirilmiş, onun həmin ünvanda yaşamadığı bəlli olmuşdur. X8 RİH Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Şəxs qeydiyyatda olduğu ünvan 1 mənzil 40 ünvanda yaşamır. Gəncə Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. X8 RPİ-si tərəfindən Gəncə Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs barəsində 520187 saylı axtarış işi açılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən icra sənədi üzrə borclu Şəxs barəsində İXM-in 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 529.4-cü maddəsinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1 üzrsüz səbəbdən iki dəfədən çox işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən olunur ki, Şəxs X8 Rayon Məhkəməsinin 3(043)-346/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona gün ərzində 4 (dörd) saatdan çox olmamaq şərti ilə 152 (bir yüz əlli iki) saat ictimai işlər inzibati tənbeh tədbiqi təyin olunmuşdur. 3(043)-192/2018 saylı işin məhkəmə baxışı zamanı Şəxs faktiki yaşayış yeri müəyyən olunmamış, iş üzrə icra vərəqi verilən zaman da Şəxs qeydiyyatda olduğu ünvan göstərilmişdir. Bu səbəbdən məhkəmə qərarının icrası barədə Şəxs məlumat verilməsi və qərarın icrası mümkün olmamışdır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin tərkib əlamətləri olmadığından, yəni qərəzli olaraq məhkəmə qərarının icrasından boyun qaçırmadığına görə barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 53.0 və 53.0.2-ci maddələrinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 529.4-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-497/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-497/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver