Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-498/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin barəsində Qərb Ərazi Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) MMC tərəfindən 11.09.2020-ci il tarixlin 11/09 nömrəli müqavilə əsasında 13.09.2020-ci il tarixli **********7238 saylı gömrük bəyannaməsi üzrə 18.000 kq dəyəri 5400 ABŞ dolları olan “təzə nar və təzə xurma” yükü rəsmiləşdirilərək Ukrayna Respublikasında yerləşən “Everest 2020” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 5400 ABŞ dolları və yaxud 9180 manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ümumi dəyəri 5400 ABŞ dolları olan “təzə nar və təzə xurma” yükü Şəxs MMC tərəfindən 13 sentyabr 2020-ci il tarixində Qərb Ərazi Baş Gömrük İdarəsində **********7238 saylı Gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək konsiqnasiya yolu ilə Ukrayna Respublikasında yerləşən “Everest 2020” şirkətinin ünvanına ixrac olunmuş və ixrac olunan malın müqabilində şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 5400 ABŞ dolları xarici valyuta vəsaiti bəyan olunduğu gündən bu günə qədər MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsi təmin olunmamışdır. Konsiqnasiya yolu ilə ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş 5400 (beş min dörd yüz) ABŞ dollarının Azərbaycan manatına nisbəti 13.09.2020-ci il tarixli **********7238 saylı gömrük bəyannaməsinin 23-cü qrafasında 13 sentyabr 2020-ci il tarixinə bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu qeyd edilmiş və beləliklə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 9180 (doqquz min yüz səksən) AZN təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Qərb Ərazi Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) MMC tərəfindən 11.09.2020-ci il tarixlin 11/09 nömrəli müqavilə əsasında 13.09.2020-ci il tarixli **********7238 saylı gömrük bəyannaməsi üzrə 18.000 kq çəkidə, dəyəri 5400 ABŞ dolları olan “təzə nar və təzə xurma” yükü rəsmiləşdirilərək Ukrayna Respublikasında yerləşən “Everest 2020” şirkətinin ünvanına ixrac edilmişdir. Fresh Fruits AZ” MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 5400 ABŞ dolları və yaxud 9180 manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, “olan Şəxs (VÖEN **********) MMC İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs (VÖEN **********) MMC-nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, olan Şəxs (VÖEN **********) MMC-yə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın Azərbaycan manatına olan dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , qərara aldı: ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 5400 (beş min dörd yüz) ABŞ dolları məbləğində xarici valyutanın Azərbaycan manatına olan məzənnəsi ilə 9180 (doqquz min yüz səksən) manatın 30 (otuz) faizi miqdarında - 2754 (iki min yeddi yüz əlli dörd) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-498/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-498/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver