Məhkəmə qərarları › İş №3(043)-50/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-50/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-50/2022 17.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 17.01.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, 17.01.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən o, Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli icra sənədini icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəməyə yazılı ərizə təqdim edərək borclu Şəxs hazırki inzibati xəta haqqında protokolu məhkəməyə təqdim etdikdən sonra borcunu tam ödədiyini bildirib inzibati xəta haqqında protokolun materialla birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs hazırki inzibati xəta haqqında protokolun geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, icra məmuru və icra sənədi üzrə borclunu dinləyib inzibati xəta haqqında iş materialları nəzərdən keçirərək hesab edir ki, icra məmurunun hazırki xahişi nəzərə alınmalı və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında 17 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında 17 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar