Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-500/2020 06.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Quliyev Röyal Namiq oğlu tərəfindən verilmiş şikayəti məhkəmə iclasında kənar, baxaraq, müəyyən etdim: Quliyev Röyal Namiq oğlu şikayət ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, barəsində olan xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunmasını xahiş etmişdir. Şikayətdən müəyyən olunur ki, Quliyev Röyal Namiq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə xx xxxx 2020ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Quliyev Röyal Namiq oğlu həmin protokolu əsassız hesab edərək ləğv olunmasını xahiş etmişdir. Lakin protokolu şikayətinə əlavə etməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət məhkəmənin icraatına qəbulundan imtina olunaraq geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalər Məcəlləsinin 61.1.6.-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd edilən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbindən göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest verilməsi və onlara baxılması qaydaları tənzimlənmişdir. Göründüyü kimi, xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmadığından şikayətin icraata qəbul edilməsindən imtina olunmalı və şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Quliyev Röyal Namiq oğlunun diqqətinə çatdırılır ki, inzibati xəta üzrə protokol əsasında qəbul edilmiş qərarla razılaşmadığı halda, həmin qərarın surətini şikayətinə əlavə etməklə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə şikayət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Quliyev Röyal Namiq oğlu tərəfindən verilmiş şikayətinin icraata qəbulundan imtina olunsun və şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(043)-500/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-500/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver