Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-501/2020 31.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X3 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X5 tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilənəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 bildirdi ki, Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X3 xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır.Belə ki, həmin qərara əsasən o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə olunmuşdur.xx xxxx 2020-ci il tarixində saat 12:10 radələrində özünə məxsus olan avtomobillə şəhər ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən postda saxlanılmışdır. Saxlanılan zaman opolis əməkdaşlarına Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq SMS icazə sistemi vasitəsilə küçəyə çıxarkən icazə aldığını bildirsə də, polis əməkdaşları heç bir araşdırma aparmadan sənədlərini kənarda dayanan polis əməkdaşlarına təqdim etmiş, onlar da tamamilə əsassız olaraq onun barəsində sözügedən protokolu tərtib etmişlər. Həmin protokola etirazını bildirən zaman isə, polis əməkdaşları onun haqlı olduğunu, lakin artıq gec olduğunu, ona görə də məhkəmə yolu ilə ləğv etdirə biləcəyini bildirmişdilər. O hər hansı bir karantin rejimi qaydalarını pozmamışdır. Ona görə də hesab edir ki, polis əməkdaşları onun barəsində tamamilə qanunsuz protokol tərtib etmişlər. Bu səbəbdən həmin qərardan şikayət vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Şikayətə əlavə edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylıinzibati tənbeh vermə haqqında saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə saat 12:11-də Gəncə şəhərində İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 200 manat inzibati cərimə edilmişdir. Şikayətə əlavə edilmiş mobil telefondan çap olunmuş sms çıxarışdan görünür ki, X4 xx xxxx 2020-ci il tarixdə saat 10:00-da yaşayış yerini tərk etmək üçün 8103 nömrəyə sms sorğu göndərmiş və həmin tarixdə 8103 nömrədən sorğu təsdiqlənərək üç saat müddətinə (saat 10:00-dan) yaşayış yerinin tərk etmək üçün icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.6-cı bəndinə əsasən yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə “8103” nömrəsinə SMS- məlumat göndərməlidir (SMS – məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 1.6.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 (üç) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 1.6.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə 3 (üç) saat müddətinə gündə 1 dəfə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş qərardan və şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş mobil telefondan çap olunmuş sms çıxarışdan məlum olur ki, X1 barəsində xx.xx.2020-ci il tarixdə saat 12:11-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X5 tərəfindən xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, X4 yaşayış yeri tərk etmək üçün xx.xx.2020-ci il tarixdə 8103 nömrəyə sms sorğu göndərmiş və həmin tarixdə 8103 nömrədən sorğu təsdiqlənərək üç saat müddətinə (saat 10:00-dan etibarən) yaşayış yerinin tərk etmək üçün icazə verilmişdir. S.Abdullayevin barəsində inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2020-ci il tarixdə saat 12:11-də qəbul edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun olmadan qəbul edilmişdir. Belə ki, S.Abdullayevin yaşayış yerini tərk etmək üçün ona 3 saat müddətinə (saat 10:00-dan etibarən saat 13:00-dək) müvafiq icazə verilmişdir. Qərar isə saat 12:11də qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə baxışı nəticəsində X1 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməməsi təsdiq edildiyindən məhkəmə hesab edir ki, vəzifəli şəxs tərəfindən X1 inzibati xətanı törətməsi sübuta yetirilməmiş və bunun nəticəsində onun inzibati tənbeh edilməsi barədə qanunsuz qərar qəbul edilmişdir. X1 İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi başqa hər hansı sübutla təsdiq edilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 inzibati tənbeh verilməsinə dair Gəncə şəhəri Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X3 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-501/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-501/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver