Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-502/2020 05.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixdə MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün aidiyyətı üzrə X10 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixdə MN ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində xidmətdə olan polis əməkdaşlarını öz mobil telefonu ilə çəkərək onlara mane olmuş və polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində xidmətdə olan polis əməkdaşlarını öz mobil telefonu ilə çəkərək onlara mane olmuş və polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Polis əməkdaşları nə üçün onları çəkməsini soruşmuş, Şəxs cavab olaraq qanunsuz olaraq barəsində karantin qaydalarının pozulması barədə protokol tərtib edildiyini bildirərək uca səslə onlara qarşı kobud ifadələr işlətmiş, narazılığını bildirmiş, ətrafdakı insanların diqqətini cəlb edərək ətrafına toplamışdır. Polis əməkdaşları qanuni tələblərinə tabe olmağa dəvət etmiş, lakin heç bir əhəmiyyət verməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs ifadəsində bildirdi ki, o, Samux rayonu, Kolayır kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə yaşadığı ünvandan çıxıb yoldan keçən avtomobilə oturaraq icazəsi olmadan bazarlıq etmək üçün Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhərində “Univermaq” ticarət mərkəzinin qarşısında 4 №-li avtobusa minmiş, H.Əliyev prospektindən keçən zaman karantin rejiminin qorunması məqsədilə təyin olunmuş polis naryadlarının postunda polis əməkdaşları avtobusu dayandırmışlar. Yoxlama zamanı onun maska taxmadan avtobusa mindiyi üçün avtobusdan düşürüb tədbir görülməsi üçün Kəpəz Rayon Polis İdarəsinə aparmışlar. Onun barəsində inzibati protokol tərtib edilərək, sərbəst buraxılmışdır. Bundan sonra o, onu saxlayan polis əməkdaşlarının xidmət etdiyi yerə gedərək, onların xidmətini müşahidə etmişdir. Sonra o, mobil telefonunu çıxarıb polis əməkdaşlarının hərəkətlərini videoya çəkən zaman polis əməkdaşları ona yaxınlaşmış və hansı səbəbdən onları videoya çəkdiyini soruşaraq, mobil telefonunu ondan tələb etmişlər. O isə buna etiraz edərək, polis əməkdaşlarının tələbinə məhəl qoymamışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış, bu zaman polis çavuşu Əliyev Kənan onun əlini tutaraq zorla mobil telefonunu cibindən çıxartmaq istəyəndə onun şalvarı cırılmışdır. O polis əməkdaşlarının tələblərinin qanunsuz olmasını bildirmiş və onların tələblərinə etiraz etmişdir. Bundan sonra onun qolundan polis əməkdaşları tutub patrul avtomobilinə mindirib polis idarəsinə gətirmişlər. Hazırda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqda protokol üzrə özünü təqsirli hesab etmir və məhkəmədən inzibati xəta haqda işin icraatına verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı X7 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində “Alov” ticarət mərkəzinin qarşısında Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı X3 ilə xidmətdə olarkən adı ona sonradan məlum olan Şəxs icazəsi olmadığı üçün onun tərəfindən saxlanılmışdır. Şəxs saxlanılan zaman özünü qeyri səmimi apararaq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qeyri qanuni çəkilişlər apararaq, işlərinə maneçilik törətmişdir. Guya ki polis əməkdaşları karantin rejimini pozan şəxsləri saxlayaraq onlardan buraxılmaları qarşısında maddi vəsait aldıqlarını bildirmişdir. O, Şəxs dəfələrlə nizam intizama dəvət etsə də, o, polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. O, Şəxs patrul maşınına əyləşdirərkən, Şəxs müqavimət göstərərək onu itələyərək nəticədə ona məxsus olan “Samsung S8” markalı mobil telefonuna zərər vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı X3 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində “Alov” ticarət mərkəzinin qarşısında Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı X7 ilə xidmətdə olarkən adı onlara sonradan məlum olan Şəxs icazəsi olmadığı üçün Kənan Əliyev tərəfindən saxlanılmışdır. Şəxs saxlanılan zaman özünü qeyri səmimi apararaq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qeyri qanuni çəkilişlər apararaq, işlərinə maneçilik törətmişdir. Şəxs icazəsinin olub-olmadığını soruşduqda icazəsinin olmadığını bildirmişdir. Onlar Şəxs dəfələrlə nizam intizama dəvət etsə də, o, onlara qarşı nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onlar Şəxs öz xoşu ilə patrul maşınına əyləşməsini bildirmişlər, lakin Şəxs qışqır-bağır salaraq həmin ərazidə yaşayan insanları ətrafına toplamış, tabesizlik göstərmişdir. Bu zaman polis əməkdaşları Şəxs zorla patrul maşınına mindirərək polis idarəsinə aparmışlar. İşdə olan inzibаti qаydаdа tutmа hаqqındа xx.xx.2020-ci il tarixli prоtоkоldаn görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:00-da inzibаti qаydаdа tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün qismən etiraf edici izahatı, şahidlərin ifadəsi, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun bаrəsində dаhа ciddi inzibаti tənbeh hesаb edilən inzibаti həbs tənbehi tətbiq etməyi məqsədə müvаfiq hesаb edir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, heç bir yerdə işləməməklə maddi imkanının olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törətdiyi inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2020-ci il tаrixdən, sааt 18:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X5 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-502/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-502/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver