Məhkəmə qərarları › İş №3(043)-508/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-508/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-508/2021 28.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Gədəbəy rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(043)-328/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs oğlundan hər ay 280 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etmədiyi üçün nəticədə 2360 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında göstərdi ki borclu Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-328/21 saylı, 09.02.2021-ci il tarixli icra sənədinə əsasən hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir.İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə bir neçə dəfə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 2360 (iki min üç yüz altmış) manat aliment tələbi ilə bağlı borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, təqaüdçüdür və 110 manat təqaüd alır. Həmin təqaüd kartını tələbkara vermişdir. Heç bir yerdə işləmir və aylıq başqa gəliri və qazancı yoxdur. Hər ay 110 manatdan artıq ödəniş etməyə imkanı yoxdur. Barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, təqaüd kartından kredit ödənişi üçün çıxılır. Tələbkar alimenti ödəmir. Uşaqların saxlanılmasında çətinlik çəkir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsə ciddi tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(043)-328/2021 nömrəli icra vərəqəsindən görünür ki, borclu Şəxs oğlundan hər ay 280 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. 28.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədini icra etməkdən boyun qaçırmış nəticədə 2360 manat aliment borcu yaranmışdır. 18.03.2021-ci il tarixli və 01.04.2021-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, borcluya alimentin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs oğlunun əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs oğlunu inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 28.07.2021-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar