Məhkəmə qərarları › İş №3(043)-509/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-509/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-509/2021 28.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, X1 onun barəsində tərtib olunmuş 20.07.2021-ci il tarixli Gəncə şəhəri, DYPŞ Yol Patrul Xidməti inspektora polis serjantı X4 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxılmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdi: Daşkəsən rayonu, Pirverdilər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan X3, barəsində tərtib olunmuş 20.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət vermişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə olumuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İXM-in 130.1-ci maddəsində protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamış, yalnız inzibati protokol üzrə çıxarılmış qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalı və X2 barəsində tərtib olunmuş 20.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul olunmuş qərardan narazı qaldığı halda şikayət vermək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 109 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 barəsində tərtib olunmuş 20.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar