Məhkəmə qərarları › İş №3(043)-514/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-514/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-514/2020 21.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, X4 Xalid oğlunun və qərarından şikayət verilmiş şəxs Kəpəz RPİ-in rəis müavini vəzifəsini müvəqqəti icra edən Sənani Məmmədovun iştirakı ilə, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Sənani Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan X5 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Sənani Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarla X5 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan X5 oğlu şikayət verərək qərarın qanunsuz və əsassız olduğunu göstərərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 oğlu göstərdi ki, işə gedərkən xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları onu saxlayaraq portalda icazəsi olmasına baxmayaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə etmişlər. Onun 3 övladı var, ailəsində ondan başqa işləyən yoxdur. Belə bir şəraitdə qanunsuz olaraq onu 100 (bir yüz) manat məbləğində cərimə etdiklərini göstərərək , şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən polis mayoru Sənani Məmmədov göstərdi ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə Gəncə şəhəri üzrə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin post patrul xidməti əməkdaşları reydlər keçirmiş, reyd zamanı ictimai nəqliyyatda olan vətəndaş X5 oğlunun icazəsi olsa da qoruyucu maskadan istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən barəsində İXM-in 211.2-ci maddəsi ilə protokol tərtib olunmuş, həmin protkol əsasında onun tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq barəsində inzibati iş üzrə icraat aparılan şəxs A.Rəhimov qanuna müvafiq qaydada 100 manat cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- xx.xx.2020-ci il tarixli, MN 028225 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat məbləğində cərimə olunmuşdur. X4 Xalid oğlu şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində protokol tərtib olunarkən onun evdən çıxmaq icazəsi olmuşdur. İşin müəyyən olunmuş hallarından isə görünür ki, şikayətçi icazəsiz evdən çıxması ilə bağlı deyil həmin vaxt onun qoruyucu maskadan istifadə etməməsi ilə baglı inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə X1nun və qərarından şikayət verilmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X4 Xalid oğlunun şikayəti əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 48-ci madəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 oğlunun İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və xx.xx.2020-ci il tarixli, MN 028225 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Şikayət təmin edilməsin. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Sənani Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar dəyişirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar