Məhkəmə qərarları › İş №3(043)-515/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-515/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-515/2020 25.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 rayonu Kəpəz Bələdiyyəsinin sədri Şəxs iştirakı ilə, X1 rayonu Kəpəz Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional ədliyyə idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X1 rayonu Kəpəz Bələdiyyəsinin sədri Şəxs «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinə və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə zidd olaraq 5 gün ərzində bələdiyyə aktlarının sürətini Gəncə regional ədliyyə idarəsinə təqdim etmədiyi üçün barəsində Gəncə Regional ədliyyə idarəsinin baş məsləhətçisi Samir Cəfərov tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün X1 Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxx 2020-ci il tarixli, 07 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş X1 rayonu Kəpəz Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 09 saylı iclas protokolundan görünür ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyə aktları qəbul edildiyi vaxtdan 5 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməli olduğu halda X1 rayonu Kəpəz Bələdiyyəsinin sədri Şəxs 2020-ci il üzrə qəbul olunmuş xx xxxx 2020-ci il tarixli 09 saylı bələdiyyə iclası qərarının surətini inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin Gəncə Regional ədliyyə şöbəsinə xx xxxx 2020-ci il tarixdə təqdim etmişdir. Məhkəmə iclasında X1 rayonu Kəpəz Bələdiyyəsinin sədri Şəxs bildirdi ki, 2020-ci il üzrə qəbul olunmuş xx xxxx 2020-ci il tarixli olaraq 09 saylı bələdiyyə iclası qərarının surətini inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin Gəncə Regional ədliyyə şöbəsinə 5 iş günü müddətindən gec təqdim etmişdir. Həmin qərarın xx xxxx 2020-ci il tarixdə təqdim edilməsinin səbəbi anlaşılmamazlıq olmuşdur.Törətdiyi əməldən peşmandır və gələcəkdə belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxs kimi məsuliyyət daşımalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Y. Abdullayevin əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq onun barəsində İXM-in 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 rayonu Kəpəz Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar