Məhkəmə qərarları › İş №3(043)-515/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-515/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-515/2021 17.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, zərərçəkmiş şəxs X7 və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Moskva şəhərində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri Nizami rayonu M.A.Abbaszadə küçəsi ev 17-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 22.03.2021-ci il tarixdə saat 17 radələrində, sürücü-xx.xx.2000-ci il təvəllüdlü X8 etibarnamə və BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə X17 prospektinin kəsişməsinə hərəkətdə olan zaman, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, düzünə hərəkətdə olan avtomobilin ötüb keçməsini gözləmədən yolların kəsişməsinə daxil olmaqla sola dönmə əməliyyatı yerinə yetirərkən, 23.12.1993-cü il təvəllüdlü X4 idarə etdiyi Nissan Teana markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə Sərxan Həsənovun sağ diz qapağının yerdəyişmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət almasına, sonuncunun idarə etdiyi Nissan Teana markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilinə 5904 (beş min doqquz yüz dörd) manat maddi ziyan dəyməsinə, Şəxs idarə etdiyi KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobil içində sərnişin qismində əyləşmiş X2 isə sağ gözün üst qapağının yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya səbəb olan İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Gəncə şəhər DYPŞ-nin əməkdaşı, polis kapitanı X5 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 20.06.2021-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gəncə şəhər DYPŞ-yə məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər DYPŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Gəncə şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, onun özünə məssus KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobili var. O, həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edir. 22 mart 2021-ci il tarixdə saat 18 radələrində o, özünə məxsus KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobillə Gəncə şəhərinin mərkəzinə getmək üçün Ş.İ.Xətai prospekti ilə hərəkət etmiş, həmin vaxt o, avtomobili tam ayıq vəziyyətdə təxminən 50-60 km sürətlə idarə edirmişdir. Avtomobildə yük olmamışdır. Avtomobildə ondan başqa ön sağ tərəfdə tanışı X6 oturmuşdur. O, avtomobillə hərəkət edib Gəncə şəhər, H.Əliyev prospektinin kəsişməsinə çatanda onu hərəkət istiqamətində qurlaşdırılmış işıqforun işığının yaşıl olduğunu görüb yolların kəsişməsinə daxil olmuş və qarşıdan Nissan Teana markalı avtomobilin gəldiyini görüb sonuncunu gözləmədən sol tərəfə H.Əliyev prospektinə dönmə əməliyyatı aparmaq istəmişdir. O, güman etmişdir ki, Nissan Teana markalı avtomobil ona çatana qədər sol tərəfə dönüb hərəkətini davam etdirər. Ancaq o, yolların kəsişməsinə daxil olub sola dönmək istəyən zaman Nissan Teana markalı avtomobil də yolların kəsişməsinə daxil olmuş və həmin avtomobillə onun idarə etdiyi avtomobil toqquşmuşdur. O, dərhal avtomobildən düşüb həmin Nissan Teana markalı avtomobilə yaxınlaşmış və görmüşdür ki, həmin şəxs sağ dizindən xəsarət almışdır. Həmin şəxsi o, dərhal xəstəxanaya getməsini təmin etmişdir. Toqquşma nəticəsində onun yanında sərnişin olan Fərid və özü də, xəsarət almışdır. Hadisə yerinə polis əməkdaşları gəlib sənədləşmə apardıqdan sonra Fərid və o da xəstəxanaya gedib xəsarət aldıqlarını bildirmişlər. Həmçinin onun baş nahiyəsində də xəsarət izi olmuşdur. Həkimlər onu müayinə edib ciddi bir xəsarət almadığını və yarasını sarıyıb evə gedə biləcəyini demişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə sərxoşluq müayinəsindən keçmiş və sərxoş olmadığı barədə protokol tərtib olunmuşdur. Hadisənin baş verməsinə səbəb idarə etdiyi KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobillə Gəncə şəhər Ş.İ.Xətai prospekti ilə düzünə hərəkət edib H.Əliyev prospektinin kəsişməsində düzünə hərəkətdə olan Nissan Teana markalı, ** DZ *** nömrə nişanlı avtomobilin keçib getməsini gözləmədən sola dönmə əməliyatı etməsi olmuşdur. Onu üçün təhlükə dayanmadan yol ayrıcına daxil olub sola dönmə əməliyyatını aparan zaman düzünə hərəkətdə olan avtomobili gözləməməyi olmuşdur. Düzünə hərəkətdə olan Nissan Teana markalı avtomobillə ara məsafəsi az olduğundan o, hadisənin qarşısını almaq üçün imkan edə bilməmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobilində Fəriddən başqa kimsə olmamışdır. Törətdiyi əməldən peşmandır. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh yəni cərimə tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərmişdir ki, özünə məxsus Nissan Teana minik markalı, ** DZ *** nömrə nişanlı avtomobili var. O, həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi və baş etibarnamə əsasında idarə edir. 22 mart 2021-ci il tarixdə təxminən saat 18 radələrində o, özünə məxsus Nissan Teana minik markalı, ** DZ *** nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə üzü “Dəyirmanın dairəsi” kimi adlanan əraziyə doğru hərəkətdə olmuş, həmin vaxt avtomobili o, özü tam ayıq vəziyyətdə təxminən saatda 50 km sürətlə idarə etmişdir. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. O, avtomobillə hərəkət edib H.Əliyev prospektinə çatanda onun hərəkət istiqamətində olan işıqforun yaşıl işığının yandığını görüb hərəkətini düzünə davam etdirmişdir. O, yolların ayrıcına daxil olub hərəkətdə olan zaman qarşı tərəfdən hərəkətdə olan KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobil ani bir anda sola dönərək onun hərəkət istiqamətinə çıxmışdır. Onun idarə etdiyi avtomobillə KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobilin ara məsafəsi az, yəni təxminən 6-7 metr olduğu üçün o toqquşmadan yayınmaq üçün heç nə etməyə imkan tapmamışdır. Onun avtomobilinin ön hissəsi KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o xəsarət aldığı üçün avtomobildən düşə bilməmişdir. Onu hadisə yerinə toplaşmış şəxslər və KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobilin sürücüsü köməklik göstərib xəstəxanaya göndərmişlər. Hadisənin baş verməsinə səbəb KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobilin sürücüsü onun ötüb keçməyini gözləmədən sola dönərək az bir məsafədən onun idarə etdiyi avtomobilin hərəkət istiqamətinə daxil olması olmuşdur. Toqquşmadan əvvəl avtomobili təxminən saatda 50 km sürətlə idarə etmiş. KİA Frotier yük markalı, ** UN *** nömrə nişanlı avtomobilin yolların kəsişməsinə onun qarşısına çıxmasını 6-7 metr məsafədən görmüşdür. Buna görə də, o, imkan tapıb hadisənin qarşısını almaq üçün nəsə edə bilməmişdir. Həmçinin bildirir ki, Şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş, məhkəmə-tibb ekspertizasının 31.03.2021-ci il tarixli 468 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ diz qapağının yerdəyişmiş sınığı -bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.03.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid ediir. İş materiallarına əlavə olunmuş, məhkəmə-tibb ekspertizasının 31.03.2021-ci il tarixli 463 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gözün üst qapağının yaraları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.03.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid ediir. İş materiallarına əlavə olunmuş, 12 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X14 göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə şikаyət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar