Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-516/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ünvan 1 ünvanında yerləşən çörək sexinin sahibi Şəxs oğlunun və protokol tərtib etmiş şəxs X3 Xidməti Gəncə regional X3 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən çörək sexinin sahibi Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3i xidməti Gəncə regional X3i idarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: ünvan 1 ünvanında yerləşən çörək sexinin sahibi Şəxs oğlunun barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3i xidməti Gəncə regional X3i idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 ünvanında yerləşən çörək sexində 14.07.2021-ci il tarixdə planlı YTM zamanı Şəxs tərəfindən şərait yaradılmamışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 izahatında göstərdi ki, Gəncə Regional X3i İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev prospekti, 11C ünvanında yerləşən çörək sexində 14 iyul 2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat rayestrinin «Çıxarışı»na əsasən 30.06.2021-ci il tarixli 2339 nömrəli qərarın icra intizamının yoxlanması məqsədi ilə planlı yanğın texniki müayinə keçirilməsi məqsədi ilə olduqları zaman sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlər təqdim edilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan obyektdə baxış keçirilməsinə şərait yaradılmamışdır Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatında göstərdi ki, onun işlətdiyi çörək sexində yoxlama aparılması məqsədi ilə ona əvvəlcədən heç bir bildiriş verilməmişdir. O, Türkiyə Respublikasına getmək üçün 14 iyul 2021-ci il tarixdə Bakı şəhərində olmuşdur. 15 iyul 2021-ci il tarixdə saat 07 radələrində Bakı şəhərindən Antalya şəhərinə uçmuşdur. Hesab edir ki, barəsində tərtib olunmuş protokol əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 602.4.-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Elektron məlumat sorgulanmasından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokol tərtib olunan gün Bakı şəhərində olmuş və 15 iyul 2021ci il tarixdə saat 07:05 radələrində Bakı şəhərindən Antalya şəhərinə getmişdir. Gəncə regional X3i idarəsinin rəisi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvanlanmış 12 iyul 2021-ci il tarixli 37/ə-01109 nömrəli bildirişin surətindən görünür ki, Şəxs bilirişi qəbul etməsindən imtina etdiyi qeyd olunmuşdur. Lakin həmin bildirişin Şəxs kim tərəfindən təqdim olunması və hansı qaydada təqdim olunması qeyd olunmamışdır. Halbu ki, İXM-in 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işlətdiyi çörək sexində yoxlama aparılması məqsədi ilə ona əvvəlcədən heç bir bildiriş verilməmiş, Gəncə Regional X3i İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev prospekti, 11C ünvanında yerləşən çörək sexində 14 iyul 2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlama zamanı Şəxs həmin müəssisədə olmamışdır. Ona görədə yoxlama zamanı şəraitin yaradılmaması onun təqsiri nəticəsində baş verməmişdər. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 11C ünvanında yerləşən çörək sexinin sahibi Şəxs barəsində İXM-in 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən çörək sexinin sahibi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-516/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-516/2021
27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver