Məhkəmə qərarları › İş №3(043)-516/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-516/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-516/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, müəyyən e t d i: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə 06 iyun 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, 06.06.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 23.04.2022-ci il tarixdə Şəxs Gəncə şəhər Məhsəti qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus işıq fanarını sındırmışdır, bununla da o, İXM-in 232-1-ci maddədində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola əsasən Şəxs İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilsə də, protokolda onun tərəfindən zərər çəkmiş şəxsin əmlakına vurulmuş ziyanın məbləği dəqiq göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 100.1.9-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər inzibati xəta haqqında protokolda göstərilməlidir. Göründüyü kimi, İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi zamanı onun vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Şəxs təqsirli bilindiyi halda, əmlaka dəymiş ziyanın məbləği müəyyən edilmədən ona İXM-in 232-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi mümkün deyil. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 06.06.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar