Məhkəmə qərarları › İş №3(043)-517/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-517/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-517/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs MMC-in barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq X4 Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qax rayonu, Qax şəhəri, Vidadi, ev 5 qeydiyyatda olan Şəxs MMC (VOEN-**********) tərəfindən xx.xx.2019cu il tarixli BİYOAZ1920-01 nömrəli müqavilə üzrə xx.xx.2019-cu il tarixdə **********9569 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 20000 kq dəyəri 133228.24 ABŞ dolları olan “meşə fındığı” yükü rəsmiləşdirilərək İtaliya Respublikasında yerləşən “Nocciole Marchiso” şirkətinə ixrac edilmişdir. Şəxs MMC (VOEN-**********) tərəfindən tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyərinin bir hissəsi 130694.71 ABŞ dolları məbləğində valyuta məbləği Şəxs MMC-nin hesabına geri köçürülmüş, lakin 2533.53 (iki min beş yüz otuz üç, əlli üç) ABŞ dolları və yaxud 4307.001 (dörd min üç yüz yeddi, 001 qəpik) AZN məbləğində valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs MMC ilə İtaliya Respublikasında yerləşən “Nocciole Marchiso” şirkəti arasında bağlanmış BİYOAZ1920-01 nömrəli müqavilə üzrə xx.xx.2019-cu il tarixdə **********9569 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 120.000 (bir yüz iyirmi min) Avro dəyərində 20000 kq “meşə fındığı” ixrac edilmiş və qanunla müəyyən edilmiş müddətdə həmin malın dəyəri 120.000 (bir yüz iyirmi min) Avro Şəxs MMC-in hesabına köçürülmüşdür. Protokolda malın dəyəri ABŞ dolları olması göstərilməklə düzğün tərtib olunmamışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. xx.xx.2019-cu il tarixli BİYOAZ1920-01 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə “Nocciole Marchiso” şirkəti arasında 120000Avro dəyərində 20000 kiloqram meşə fındığının alqı satqısı barədə müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli,**********9569 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC dəyəri 133228.24 ABŞ dolları olan 20000 kq yükü (meşə fındığı) rəsmiləşdirilərək “Nocciole Marchiso” şirkətinə ixrac etmişdir. “xxxxxxxxxxxxxxx” ASC-in Qax filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli BİYOAZ1920-01 nömrəli müqavilə üzrə xx.xx.2019-cu il tarixli **********9569 nömrəli gömrük bəyənnaməsi üzrə 120000 EUR vəsait Şəxs MMC -in hesabına daxil olmuşdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-in əməlində inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,112, 114, 115, 117, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində X4 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar