Məhkəmə qərarları › İş №3(043)-517/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-517/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-517/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs Ağaməmməd qızının iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş MN ******* nömrəli 07.06.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01.05.2022-ci il tarixdə Gəncə şəhəri, DOS-6, ev 87, mənzil 6-da yerləşən evdə Zərərçəkmiş şəxs Ağaməmməd qızını döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən polis sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs 01.05.2022-ci il tarixdə Gəncə şəhəri, DOS-6, ev 87, mənzil 6da yerləşən evdə Zərərçəkmiş şəxs Ağaməmməd qızını döymüşdür. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Rafiq Məmmədov onun bibisi oğludur. Zərərçəkmiş şəxs isə onun keçmiş arvadıdır. Bibisi oğlu ona 01.05.2022-ci il tarixdə keçmiş arvadı ilə arasında gərginlik olduğundan və bu səbəbdən hər hansı hadisə zamanı Məhluqənin ona şər atmasından ehtiyat edərək, Məhluqənin yaşadığı evə gedəcəyini bildirmiş və ondan da oraya gəlməsini xahiş etmişdir. O da Məhluqə bibisi oğluna şər atmasın deyə oraya getmişdir. Həmin vaxt Məhluqə onu həyətdə görüb onu təhqir etməyə başlamış, daha sonra isə onun üzərinə hücum etmişdir. Bu zaman Rafiq Məmmədov araya girmiş və Məhluqənin ona hücum etməsinin qarşısını almışdır. Həmin vaxt o, Məhluqəyə heç bir xəsarət yetirməmişdir. Onun özü də heç bir xəsarət almamışdır. Həmçinin o, Məhluqənin yaşadığı evə daxil olmamış, aralarında olan münaqişə isə binanın qarşısında həyətdə baş vermişdir. Hadisə zamanı orada Rafiq və Məhluqənin qonşuları da olmuşdur. Onun heç bir təqsiri yoxdur. Odur ki, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Ağaməmməd qızı izahatında bildirdi ki, Rafiq Məmmədov onun keçmiş əridir. Onlar boşandıqdan sonra Rafiq Məmmədov dayısı qızı Şəxs ilə evlənmişdir. Rafiq Məmmədov ilə onun arasında yaşadığı binanın dam örtüyünü üstündə mübahisə olmuşdur. Bunun səbəbi isə dövlət tərəfindən onun yaşadığı binanın üzərində dam örtüyü sökülməsi zamanı Rafiqin həmin sökülmüş şiferləri və peyk antenanın boşqabını özü ilə aparmaq istəməsi olmuşdur. Bu zaman Rafiq Şəxs zəng edərək, onu oraya çağırmışdır. Brilyant oraya gələndən sonra o, yaşadığı evə getmiş, Rafiq və Brilyant da onun arxasınca evə girmişdir. Orada Birlyant onun saçından tutub yolmuş, daha sonra Rafiq və Brilyant onun bədənin müxtəlif yerlərinə zərbələr vuraraq onu döymüşlər. Odur ki, Şəxs şikayətçidir və onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, Birlyant Məmmədova onun dayısı qızı, Zərərçəkmiş şəxs isə onun keçmiş arvadıdır. O, Mənzil Kommunal İB-də işləyir. 01.05.2022-ci il tarixdə Məhluqə ilə yaşadıqları evin dam örtüyünün sökülməsi ilə bağlı dövlət tərəfindən verilmiş tapşırığı yerinə yetimək üçün oraya getmişdir. Həmin vaxt keçmiş arvadının xasiyyətini bildiyindən bibisi qızı Brilyanta zəng edərək, yaşadıqları evin yanına çağırmışdır. Birlyant oraya çatan vaxt evin həyətində Məhluqə Brilyantın üzərinə hücum etmiş, onu vurmaq istəyəndə o, araya girmiş və Məhluqəni tutub saxlamışdır. Həmin vaxt Brilyant Məhluqəyə heç bir xəsarət yetirməmişdir. Onlar Məhluqənin yaşadığı evə daxil olmamış, elə evin həyətindən də çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, Rafiq Məmmədov və Zərərçəkmiş şəxs ilə qonşudur. 01.05.2022-ci il tarixdə onların yaşadıqların evin yanında mübahisə etdiklərini, Birlyant Məmmədovanın da orada olduğunu görmüşdür. Lakin, X2 Hüseynovanın yaşadığı evə daxil olmasını və onun üzərinə hücum etməsini və ya Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirilməsini görməmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və bundan sonra sonra Zərərçəkmiş şəxs polis əməkdaşlarına Rafiqin onu döydüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, o, Rafiq Məmmədov və Zərərçəkmiş şəxs yaşadıqları evin qonşuluğunda yaşayır. 01.05.2022-ci il tarixdə Rafiq Məmmədov yaşadıqları evin dam örtüyünün sökülməsi üçün yaşadıqları evin yanında olan zaman Zərərçəkmiş şəxs səs-küy salmağa başlamışdır. Həmin vaxt evin qarşısında Şəxs da görmüşdür. Lakin o, Məhluqənin yaşadığı evə daxil olmamışdır. Evin həyətində Məhluqə Brilyantın üzərinə hücum çəkərkən Rafiq araya girərək bunun qarşısını almışdır. Həmin vaxt Brilyant Məhluqəyə xəsarət yetirməmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13.05.2022-ci il tarixli qərardan görünür ki, Şəxs və X5 əməlində cinayət tərkibi olmadığından, onların əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinin əlamətləri olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 01.05.2022-ci il tarixli 690 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ağaməmməd qızının bədəni üzərində müəyyən edilmiş xəsarət – sol qulaqarxası, sol bazu və sağ baldır nahiyələrinin qançırları – bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 01.05.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, 01.05.2022-ci il tarixdə Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmiş, onlar arasında mübahisə olduğundan, Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatda Şəxs onun yaşadığı evdə ona bədən xəsarətləri yetirməsini bildirsə də, onun bu izahatı məhkəmə iclasında tədqiq edilmiş özünün təhqiqat araşdırması zamanı verdiyi izahatı və məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə təkzib olunur. Belə ki, təhqiqat araşdırması zamanı izahatı alınmış Zərərçəkmiş şəxs Ağaməmməd qızı izahatında bildirmişdir ki, 01.05.2022-ci il tarixdə Şəxs onun yaşadığı evdə onun saçından tutub yolmuş, Rafiq Məmmədov isə onun bədəninin müxtəlif yerlərinə zərbələr vuraraq ona bədən xəsarətləri yetirmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş hadisə zamanı orada olan qonşuları Rəsul Mirzayev və Solmaz Musayeva da izahatlarında bildirdilər ki, X3 yaşadığı evə daxil olmamış və ona heç bir bədən xəsarəti yetirməmişdir. Göründüyü kimi, zərər çəkmiş Zərərçəkmiş şəxs Şəxs ona xəsarət yetirməsini bildirsə də, eləcə də ekspert rəyində zərər çəkmiş şəxsin sol qulaqarxası, sol bazu və sağ baldır nahiyələrində qançırların olması göstərilsə də, həmin xəsarətlərin məhz Şəxs tərəfindən 01.05.2022-ci il tarixdə yetirilməsi faktı məhkəmə iclasında dindirilmiş digər şəxslərin izahatları və tədqiq edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində MN ******* nömrəli, 07.06.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar